MƏDƏNİYYƏT
Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi qeyd ediləcək
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 18-də Abdulla Şaiqin mənzil muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin görkəmli ədibin yubileyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq Mədəniyyət Nazirliyinin hazırladığı tədbirlər planına əsasən təşkil olunacaq.
Tədbirdə yazıçının həyat və yaradıcılığı ilə bağlı məruzələr dinləniləcək, videoçarx nümayiş olunacaq, şah əsəri olan “Dəli Kür” romanı əsasında hazırlanmış kiçik tamaşa təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]
“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək
- 04.05.2024 [11:21]
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
- 04.05.2024 [11:17]