SİYASƏT
Xalqa sədaqətlə xidmət etmiş Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün örnəkdir
Bakı, 10 may, AZƏRTAC
Xalqa sədaqətlə xidmət etmiş ulu öndər Heydər Əliyevin ömür yolu hər birimiz üçün örnəkdir.
Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gəlmiş Bakı şəhər sakini Şakir Rəhimov AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, ümummilli lider Heydər Əliyev qətiyyətli dövlət başçısı, müdrik siyasətçi olub. Çətin anlarda hər zaman xalqının yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi onun fəaliyyəti hərtərəfli öyrənilməlidir. Bu, gənc nəsil üçün xüsusilə vacibdir.
Şakir Rəhimov, həmçinin qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı, hərbi qüdrəti, sənaye və kənd təsərrüfatı sahələrində uğurları, ölkəmizdə müxtəlif sahələrdə infrastrukturun formalaşması və inkişafı da məhz Ulu Öndərin müdrik siyasətinin bəhrəsidir.