SİYASƏT
Xalqımız bu günü və sabahı üçün ulu öndər Heydər Əliyevə borcludur
Bakı, 12 dekabr (AZƏRTAC). Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda idmanın və gənclərin inkişafına göstərdiyi diqqət və qayğı ölçüyəgəlməzdir. Bu gün idman sahəsində qazanılan hər bir uğur ümummilli liderin adı ilə birbaşa bağlıdır.
Bu sözləri dekabrın 12-də ümummilli liderimizin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gələn Bakı futbol klubunun şöbə müdiri Nail Qafarov AZƏRTAC-a müsahibəsində demişdir.
N.Qafarov vurğulamışdır ki, hər bir dövlətin, xalqın tarixində elə böyük şəxsiyyətlər, liderlər vardır ki, onların xatirəsi həmişə ən yüksək ehtiram və hörmətlə yad olunur. Azərbaycan xalqı da unudulmaz lideri Heydər Əliyevin xatirəsini hər zaman yüksək ehtiramla anmış və anacaqdır. Çünki xalqımız bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur.