“XAN ARX” KANALI XAÇMAZDA SUVARMA PROBLEMİNİ HƏLL EDƏCƏKDİR
Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına məlumat verdi ki, Qusar, Xaçmaz və Dəvəçi rayonlarının suvarma şəbəkələrini özündə birləşdirəcək bu kanalın 32 kilometri Xaçmaz rayonu ərazisindən keçir. Kanal istifadəyə verildikdən sonra rayonun 40700 hektar əkin sahəsinin suvarılmasına imkan yaradacaqdır. Bu, o deməkdir ki, Xaçmaz ərazisindəki torpaqların 90 faizinin suvarılma problemi həll olunacaqdır. Kanalın çəkilişinin birinci mərhələsi artıq başa çatmışdır. Bu işlərə 9,3 milyon ABŞ dolları həcmində vəsait xərclənmişdir. İndi kanalın ikinci mərhələsində işlər gedir və buna 9,6 milyon ABŞ dolları vəsait sərf olunacaqdır. Burada tikinti işləri yanvar ayından aparılır və tezliklə başa çatdırılacaqdır.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin şimal bölgəsinə səfərini başa çatdıraraq, iyulun 21-də axşamüstü Bakıya qayıtdı.