RƏSMİ XRONİKA
XANIM NAİNA YELTSİNAYA
Hörmətli Naina İosifovna,
Həyat yoldaşınız, Rusiya Federasiyasının birinci Prezidenti Boris Nikolayeviç Yeltsinin qəflətən vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Görkəmli dövlət xadimi və siyasi xadim olan Boris Nikolayeviç Yeltsin parlaq tarixi şəxsiyyət, Rusiyanın həqiqi vətənpərvəri, güclü, qətiyyətli və cəsarətli insan kimi xatirələrdə həmişəlik qalacaqdır.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizinlə birlikdə kədərlənirəm. Boris Nikolayeviçin bütün doğmalarına və yaxınlarına ən səmimi başsağlığımı yetirməyinizi xahiş edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
24 aprel 2007-ci il.