ELM VƏ TƏHSİL
XARİCDƏ ALINMIŞ DAHA 19 DİPLOM RESPUBLİKAMIZDA TANINMIŞDIR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, nazir Misir Mərdanovun sədrliyi ilə qurumun xaricdə alınan ali təhsil haqqında sənədlərin tanınması və ixtisasların ekvivalentliyinin müəyyən edilməsi prosedurunun həyata keçirilməsinə nəzarət Daimi Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda Misir, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və Qırğızıstanın ali məktəblərini bitirən 26 nəfər Azərbaycan Respublikası vətəndaşının ali təhsil haqqında sənədi müzakirə olunmuş, onlardan 19 nəfərin sənədlərinin ölkəmizdə tanınması ilə bağlı müvafiq qərar qəbul edilmişdir.
Rusiyada və Gürcüstanda qeyri-qanuni yolla təhsil almış 7 nəfərin təqdim etdiyi sənədlərin respublikamızda tanınması məqsədəuyğun hesab edilməmişdir.