XARICI VƏTƏNDAŞLARIN AZƏRBAYCAN RESPUBLIKASINDA YAŞAYIŞ YERI VƏ OLDUĞU YER ÜZRƏ QEYDIYYAT ZAMANI QANUN POZUNTULARININ ARADAN QALDIRILMASINA DAIR TƏDBIRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI
1. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 saylı Fərmanına aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin:
"3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları əcnəbilərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alarkən əcnəbilərin Azərbaycan Respublikasında vizada göstərilən müddətdən artıq qalmasına yol verməsinlər".
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün vizanın müddətinin uzadılması məsələsini həll edərkən hər konkret halda onların Azərbaycan Respublikasında qalmasının səbəblərini araşdırsın və zərurət olmadıqda vizanın müddətinin uzadılmasına yol verməsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün vizaların müddətlərinin uzadılması qaydalarını bir ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
27 sentyabr 2003-cü il.