XASAVYURTDA VƏ SANKT-PETERBURQDA PARTLAYIŞLAR
Müəyyən edilmişdir ki, həmin gün səhərdən Xasavyurta qaz verilməsi dayandırılmışdı. Mədəniyyət evində açarı bağlamaq yaddan çıxmış, şəhərə qaz verildiyi andan isə o, bütün binanı bürümüş, nəticədə güclü partlayış baş vermişdir.
Respublika DİN-dən bildirmişlər ki, partlayış nəticəsində bir qadın və bir uşaq həlak olmuşdur.
AZƏRTAC-ın Rusiya informasiya agentliklərindən aldığı digər xəbərdə isə deyilir ki, avqustun 27-də axşam Sankt-Peterburqun Zamşin küçəsində partlayış baş vermişdir. Bu zaman xəsarət alan ev sakinlərindən biri xəstəxanada keçinmişdir.
Hüquq mühafizə orqanlarından alınmış məlumata görə, evdə gücü trotil ekvivalenti ilə təqribən 400 qram ola bilən qeyri-müəyyən partlayıcı qurğu işə düşmüşdür. İlkin araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, partlayıcı qurğu binanın küçə qapısı önündəki zibil qutusuna qoyulmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]