Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xatirələri əks etdirən rəssam

Bakı, 11 noyabr, AZƏRTAC

Son vaxtlar şəhər sakinləri gərgin həyat ritmindən, insanlar arasında münasibətlərdəki aqressiyadan şikayətlənirlər. Urbanizasiya, insanların içində tənhalıq, asudə vaxtını səmərəli qura bilməmək xəstəliklərə, ailə münaqişələrinə səbəb olur. Axı, bunun çarəsi çox sadədir: ürəyincə olan bir məşğuliyyət tapmaq lazımdır. Kimisi üçün bu, gizli hisslərə toxunan şeir ola bilər, kimisi isə ürəyinə yaxın şəxsin cizgilərini əks etdirməklə və ya yaşadığı küçənin bir guşəsini karandaşla təsvir etməklə rahatlıq tapır. Lakin allah vergisi hər kəsə nəsib olmur və bizi adi gündəlik həyatdan ayırıb “uzaq gözəlliyə” çəkib aparan incəsənət əsərlərindən zövq almaq lazım gəlir.

Azərbaycanın qədim şəhərlərini - Şuşa, Şəki, Ordubad və Gəncəni, Bakının ürəyi sayılan İçərişəhəri əks etdirən professor Elturan Avalovun qrafika əsərləri dəqiq texnikası, öz hiss-həyəcanını ötürmək bacarığı ilə diqqəti cəlb edir.

...Şuşadakı Çuxur məhəllə. Elturan müəllimin bu işinə tamaşa etdikdə mən sanki yay tətilində ailəliklə Bakıdakı bürküdən qaçıb Şuşaya, Azərbaycanın musiqi tarixi şəhərinə getdiyimiz qayğısız uşaqlıq illərimə qayıdıram, oradakı uşaqlarla keçirdiyimiz günləri xatırlayıram.

Rəssamın əsərlərində İçərişəhər onun dar küçələri ilə gəzən insanı qoynuna alan sakit və müdrik ada kimi göz önündə canlanır.

Rəssam AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, rəsm çəkməyə həvəs onda lap uşaqlıqdan yaranıb. Avalovların evində qayğı ilə qorunub saxlanan “Molla Nəsrəddin” satirik jurnalındakı karikaturaları nəzərdən keçirməklə o, jurnalın nəşrinin ilk illərində orada çalışmış, bu və ya digər komik personajları əks etdirmiş alman rəssamları Şmerlinqin və Rotterin üslubunu və ştrixlərini öyrənib. Lakin memarlıq Elturan Avalovun əsas peşəsinə çevrilib. Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycanın iki yaradıcılıq ittifaqının - rəssamlar və memarlar ittifaqlarının üzvü, Memarlıq və İnşaat Universitetinin təsviri sənət kafedrasının müdiri, professor Elturan Avalov bir sıra kitabların, o cümlədən “Şuşa şəhərinin arxitekturası” monoqrafiyasının, habelə dörd albom-monoqrafiyanın - “Arxitektorun gözü ilə” (Bakı, 1978-ci il) “Elturan” (1986-cı il), “Şuşa. Qrafika”, “O olmasın, bu olsun” rəssam Elturanın gözü ilə” əsərlərinin müəllifi və həmmüəllifidir. Bu əsərlərdə onun 300-dən çox qrafika işinin reproduksiyaları vardır.

“Şuşa. Qrafika” albomu 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə çapdan çıxıb. Bir çox Avropa dillərində nəşr olunmuş bu albomda “Qafqaz konservatoriyasının” təkrarsız memarlığını əks etdirən qrafika əsərləri təqdim edilib. Bundan başqa, həmin əsərlər əsasında açıqcalar dəsti hazırlanıb və nəşr edilib.

Professor Azərbaycanın memarlıq və incəsənət tarixinin problemlərinə dair 60-dan çox elmi kitabça və məqalə dərc etdirib, Bakı, Vilnüs, Daşkənd, Kiyev, Moskva, Kazan, Riqa və Strasburqda onun 500-dən çox qrafika əsəri çap olunub.

Böyük musiqi pərəstişkarı olan və fortepiano çalmağı xoşlayan sənətkar dahi Üzeyir Hacıbəylinin əsərlərinə bir çox qrafika və rəsm əsərləri çəkib. 1985-ci ildə Moskvada rəssamın Azərbaycanda professional musiqinin banisinin 100 illiyinə həsr olunmuş fərdi sərgisi keçirilib. Ekspozisiyada onun 100 qrafika əsəri nümayiş etdirilib. 2008-ci ildə çapdan çıxmış “O olmasın, bu olsun” rəssam Elturanın gözü ilə” albomunda Üzeyir Hacıbəylinin operettasının motivləri əsasında çəkilmiş işlərin reproduksiyaları çap edilib. 2005-ci ildə Bakıda dahi bəstəkarın yubileyi münasibətilə rəssamın “O olmasın bu olsun”, “Arşın mal alan” & Elturan” adlı daha bir fərdi sərgisi keçirilib.

Əsərlərini müxtəlib janrlarda yaradan Elturan Avalov Bakıda (1985, 1988, 1994, 2001, 2005, 2006-cı illər), Moskvada (1985-ci il), İstanbulda (1999-cu il) keçirilmiş 30-dan çox rəsm sərgisinin, o cümlədən fərdi sərgilərin iştirakçısıdır.

Bir çox insanlar bu və ya digər bir mahnını eşitdikdə onun musiqisini vizual şəkildə tamamlayırlar. Elturan Avalov isə öz sevimli mahnılarını sadəcə rəsmlərdə əks etdirir. Fikrət Əmirovun “Reyhan”, “Qoy gülüm gəlsin, ay nənə”, “Ay qız, kimin qızısan”, “Ay bəri bax, bəri bax”, “Güləbatın” və digər Azərbaycan xalq mahnıları rəssamın əlində mini-tamaşaya çevrilir. Bu mahnılara çəkdiyi illüstrasiyalar rəssamın “Qobustan” jurnalında çap olunmuş işlərini görüb müəlliflə tanış olmaq istəyən görkəmli müğənni Rəşid Behbudov ilə tanışlığına səbəb olub.

Rəssam, həmçinin “Sevil”, “Yevgeni Onegin”, “Aida”, “Karmen” operalarına da illüstrasiyalar çəkib. Elturan müəllimin “Dirijor”, “Pianoçu” adlı zarafatyana təsvirlərində ustalıqla əks etdirdiyi yaradıcılıq əzabları, şübhəsiz, hamıda, hətta incəsənətdən uzaq olan adamlarda da xoş təbəssüm oyadır.

Gənclik illərində Elturan Avalov multiplikasiya ilə məşğul olmağı qərara almışdı. Tanınmış multiplikator Fyodor Xitrukla görüşmək ümidi ilə Moskvaya getmişdi. Görüş baş tutmasa da, Xitrukun bakılı gəncin işləri ilə tanış olan həmkarları ona quruluşçu-rəssam peşəsinə yiyələnməyi məsləhət görürlər. Lakin görünür, tale onun yenidən Bakıya qayıdıb öz inşaatçı valideynlərinin işini davam etdirməsini lazım bildi.

Rəssamın çəkdiyi əsərlər dünyanın müxtəlif şəhərlərində muzey və xüsusi kolleksiyalarda saxlanır və yəqin ki, çoxları bu rəsmlərə baxanda ən unudulmuş xatirələrini yada salırlar.

Rəssam təəssüflə deyir: “Çox vaxt öz yaddaşımda qalan Şuşanı çəkirəm. Əfsuslar olsun ki, Rəşid Behbudovun atasının - məşhur xanəndə Məcid Behbudovun evini çəkə bilmədim”. Şuşada hər ev Azərbaycan mədəniyyətinin tarixində iz qoymuş hər hansı bir məşhur şəxsiyyətin adı ilə bağlıdır.

Həyat davam edir, bütün müharibələr nə vaxtsa bitir və inanırıq ki, Elturan Avalovun qədim Şuşaya aid yeni qrafik zarisovkalarını naturadan çəkəcəyi gün uzaqda deyil.

Nərgiz Sadıxlı

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Ər-Riyad yaxınlığında neft obyektlərinə zərbə endiriblər

ABŞ-nin təyyarədaşıyan gəmisi bir sutka ərzində Yaxın Şərqə çatacaq

UEFA Millətlər Liqası: İngiltərə yığması İspaniyanı məğlub edib

“Tesla” “Cybercab” robotaksilərini şəxsi istifadə üçün satışa çıxarıb

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” FOTO

Bakıda aşan ağac səbəbindən evdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır