RƏSMİ SƏNƏDLƏR
XƏZƏR DƏNİZİNDƏ AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN “MERKURİ-2” BƏRƏSİNİN QƏZAYA UĞRAMASI İLƏ ƏLAQƏDAR DÖVLƏT KOMİSSİYASININ YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
2002-ci il oktyabrın 22-də Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri-2” bərəsinin qəzaya uğraması ilə bağlı xilasetmə işlərini təşkil etmək və hadisənin səbəblərini araşdırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri-2” bərəsinin qəzaya uğraması ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri
Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini
Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru
Fərhad Əliyev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Xələf Xələfov - Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini
Şahin Sultanov - Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı
Natiq Əliyev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Aydın Bəşirov - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi
Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Baş direktoru
Tofiq Əliyev - Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi sədrinin müavini
2. Dövlət Komissiyasına tapşırılsın ki,
- təxirəsalınmaz xilasetmə işlərini həyata keçirsin;
- hadisənin baş vermə səbəblərini və şəraitini araşdırsın;
- öz işi haqqında mütəmadi məlumat versin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2002-ci il