REGİONLAR
Xəzər dənizində batan hər iki Quba rayon sakininin meyiti tapılıb [YENİLƏNİB]
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu Xəzər dənizinin Xaçmaz rayonu ərazisində batan Quba rayonu Digah kənd sakini Ömərov Elman Fərrux oğlunun meyitini avqustun 24-ü gecə saatlarında taparaq aidiyyəti üzrə təhvil verib.
19:41
Xaçmaz, 24 avqust, Elxan Yusifli, AZƏRTAC
Xəzər dənizinin Xaçmaz rayonu ərazisində batan iki nəfərdən birinin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, Quba rayonu Digah kənd sakinləri 1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulublar.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupunun axtarışları nəticəsində Roman Nəcəfovun meyiti batdığı yerdən 200 metr aralıda tapılıb. Elman Ömərovun axtarışları isə hazırda davam etdirilir.