Xəzər dənizində zəlzələ olub
Bakı, 3 may, AZƏRTAC
Xəzər dənizində 3,1 bal gücündə zəlzələ olub.
AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadla xəbər verir ki, yerli vaxtla saat 22:30-da qeydə alınan yeraltı təkanın ocağı 60 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.