Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2867 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2867 nömrəli Sərəncamını “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2867 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 536) 1-ci hissəsində “Gürgan-Səngəçal” sözləri “Gürgən-Səngəçal” sözləri ilə əvəz edilsin.

  

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin