“Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair” 2014-cü il sentyabrın 29-da Həştərxan şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il.