“XƏZƏR HƏFTƏSİ”NƏ START VERİLMİŞDİR
Bakı, 28 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi”nə start verilmişdir.
Sentyabrın 28-də nazirliyin təşkilatçılığı ilə Buzovna qəsəbəsinin sahil zolağında iməcilik keçirilmişdir.
İməcilikdə nazirliyin əməkdaşları ilə birgə bələdiyyə, ictimaiyyət, QHT nümayəndələri, o cümlədən məktəblilər də iştirak etmiş və Buzovna-Mərdəkan çimərlikləri arasındakı 52 hektar ərazini bərk məişət və digər növ tullantılardan təmizləmişlər.
Qeyd edək ki, nazirlik müvafiq Tədbirlər Planına uyğun olaraq “Xəzər həftəsi” çərçivəsində ictimaiyyətin maarifləndirilməsinə xidmət edən mədəni-kütləvi tədbirləri davam etdirəcəkdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]