İDMAN
“Xəzər-Lənkəran” futbol klubunun əvəzedici heyəti Rusiyada iki yoxlama oyunu keçirmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Rusiyanın Krımsk şəhərində təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” futbol klubunun əvəzedici heyəti iki yoxlama oyunu keçirmişdir.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, komandamızın ilk rəqibi “Fakel” (Voronej) komandasının əvəzedici kollektivi olmuşdur. Oyun 1:1 hesabı ilə yekunlaşmışdır. “Xəzər-Lənkəran”ın heyətində Bəhruz Teymurov fərqlənmişdir.
İkinci oyun isə Rusiyada 2013-cü il Spartakiadasının qalibi olan Krasnodarın gənclərdən ibarət yığmasına qarşı keçirilmişdir. Bu oyun “Xəzər-Lənkəran”ın 1:0 hesablı qələbəsi ilə nəticələnmişdir. Lənkəran təmsilçisinin heyətində qolu Cavid Bağırov vurmuşdur.
Baş məşqçi Elbrus Məmmədovun yetirmələri növbəti oyununu yanvarın 18-də Krasnodarın “Kuban” komandasının əvəzedicilərinə qarşı keçirəcəklər.