İDMAN
“Xəzər-Lənkəran” futbol klubunun gənclər inkişaf proqramının rəhbəri vəzifəsinə İlhan Akgül təyin olunmuşdur
Bakı, 12 yanvar (AZƏRTAC). “Xəzər-Lənkəran” futbol klubunun gənclər inkişaf proqramının rəhbəri vəzifəsinə İlhan Akgül təyin olunmuşdur.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, klubun ofisində türkiyəli mütəxəssislə ikiillik müqavilə imzalanmışdır. İ.Akgül klubun aşağı yaş qruplarına nəzarət edəcəkdir.
İ.Akgül futbol ictimaiyyətinə yaxşı tanışdır. O, vaxtilə “Xəzər-Lənkəran”da idman direktoru vəzifəsində çalışan Cüneyt Biçer tərəfindən digər türk məşqçilərlə birlikdə komandaya dəvət olunmuş və bir il ərzində aşağı yaş qruplarını çalışdırmışdı.
C.Biçer kimi İ.Akgül də vaxtilə futbolçu həyatı yaşamışdır. O, 19 il Türkiyənin müxtəlif liqalarında çıxış edən komandalarda 500 oyun keçirmiş, o cümlədən 7 il Superliqa təmsilçisi olmuş “Altay” klubunun şərəfini qorumuşdu.
Türkiyəli mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]