İQTİSADİYYAT
Xəzər rayonunun bəzi qəsəbələrinin küçələri yenidən qurulur
Bakı, 3 avqust, AZƏRTAC
Xəzər rayonunun Şüvəlan qəsəbəsinin Almas İldırım və Mərdəkan qəsəbəsinin Yesenin küçələrinin yenidən qurulması işləri davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, hazırda küçələrdə səkilərin müasir üslubda yenidən qurulması, yolboyu milli və tarixi elementlər nəzərə alınmaqla qədim tikililərin bərpası istiqamətində də tədbirlər görülür.
Bu məqsədlə Şüvəlan və Mərdəkan qəsəbələrində hasarlara 3 min 856 kvadratmetr ağlay daşı, 952 poqonmetr bəzək daşı vurularaq, 498 poqonmetr bardür salınıb. Bina və hasarların fasad hissəsinin işıqlandırılması məqsədilə fənərlər quraşdırılıb.
Bundan əlavə, Şüvəlan qəsəbəsinin A.İldırım küçəsində 620 kvadratmetr köhnə hasar sökülərək yenidən tikilib, 200 kvadratmetr hasar isə bərpa olunub.