“Xiaomi” 5G smartfonunu təqdim edib
Pekin, 27 fevral, AZƏRTAC
Dünyada smartfon istehsalına görə dördüncü olan Çinin "Xiaomi" ("Siaomi”) şirkəti 5G mobil şəbəkəsini dəstəkləyən smartfonunu təqdim edib.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, İspaniyanın Barselona şəhərində keçirilən Mobil Dünya Konqresi zamanı təqdim olunan Mi Mix 3 smartfonu may ayından satışa çıxarılacaq. Qara və mavi rənglərdə dizayn ediləcək telefonlar müştərilərə təxminən 510 ABŞ dollarına təklif olunacaq.
Şirkətin məhsul menecmenti üzrə direktoru Donovan Sunq ümidvar olduğunu deyib ki, münasib qiymət yeni smartfonu 5G şəbəkəsini dəstəkləyən mobil telefona sahib olmaq istəyənlər üçün daha əlçatan edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]