“Xiaomi” işçilərini robotlarla əvəzləyəcək
Bakı, 1 dekabr, AZƏRTAC
Çinin “Xiaomi” korporasiyası öz zavodlarında işçiləri robotlarla əvəz edəcək.
AZƏRTAC xəbər verir ki, “ITHome” nəşrinin məlumatına görə, “Xiaomi” şirkətinin baş direktoru Ley Tszyun bu barədə jurnalistlərə müsahibəsində deyib. Süni intellektin yaxın gələcəkdə sənayeyə əhəmiyyətli təsir göstərəcəyini vurğulayan sahibkar şirkətin təxminən beş ildən sonra öz zavodlarında insanabənzər robotların tətbiqinə başlanacağını bildirib.
Uğurlu avtomatlaşdırma nümunəsi olaraq stasionar robotlar vasitəsilə kuza detallarının yoxlanıldığı “Xiaomi” elektrik avtomobili zavodunu göstərən Ley Tszyun süni intellektlə işləyən rentgen sisteminin avtomobil hissələrini iki saniyə ərzində yoxladığını və bunun insan sürətindən on dəfə yüksək olduğunu qeyd edib.
Onun sözlərinə görə, avtomatlaşdırmanın yeni səviyyəsi təxminən 140 milyard dollarlıq sənaye bazarı açacaq və İT nəhəngləri robotlara üstünlük verərək diqqəti ucuz işçi qüvvəsinə cəlb edəcəklər.
Xatırladaq ki, “Xiaomi” 2022-ci ildə “CyberOne” adlı ilk robotunun prototipini nümayiş etdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:53]
London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır
- 12.11.2026 [18:44]
Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar
- 12.11.2026 [18:33]
Vaşinqtonda silahlı insident baş verib
- 12.11.2026 [18:28]
NVIDIA-nın baş direktoru Censen Huan istefa verib
- 12.11.2026 [17:50]