DÜNYA
“Xiaomi” şirkəti dünyanın aparıcı telefon istehsalçılarının reytinqində yer alıb
Bakı, 4 avqust, AZƏRTAC
“Xiaomi” şirkəti dünyada telefon istehsalçılarının siyahısında aparıcı yerlərdən birini tutub.
AZƏRTAC “Strategy Analytics”ə istinadla xəbər verir ki, bu ilin ikinci rübündə “Samsung” ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz daha çox telefon tədarük edib. 79,5 milyon telefon satmış şirkət əvvəlki kimi dünyada aparıcı smartfon aparıcı istehsalçısı adını qoruyub saxlayır. “Xiaomi” şirkəti ilk dəfə dünyada telefon istehsalçılarının siyahısında beşinci yeri tutub.
“Samsung” və “Xiaomi” şirkətlərindən fərqli olaraq, “Apple”in işləri istədiyi kimi deyil. Bu şirkət əvvəlki kimi siyahıda ikinci yeri tutur, amma satış həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə bir faiz azalıb. Ehtimal ki, növbəti “iPhone” smartfonunun təqdimatından sonra vəziyyət düzələcək.