Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №3, maddə 137; 2002, №12, maddə 701; 2003, №8, maddə 424; 2004, №3, maddə 133, №7, maddə 505, №10, maddə 762, №11, maddə 902; 2005, №4, maddə 278; 2007, №11, maddə 1053; 2008, №7, maddə 602) 9-cu maddəsinin VII hissəsinin ikinci cümləsində “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin