Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Xilaskar ordunun bədii tərənnümü

Azərbaycan rəssamlarının Nuru Paşa sevgisi...

Bakı, 13 sentyabr, AZƏRTAC

Təsviri sənətin başqaları üçün cəlbedici və maraqlı görünməsini şərtləndirən sahələrindən biri də onun  tarixlə bağlı olan janrıdır. Belə ki, çox vaxt  baş verən müxtəlif hadisələrin, döyüşlərdə şücaət göstərən insanların, millətin yaradıcı istedadını əyaniləşdirən memarlıq tikililərinin təsvirləri gələcək nəsillər üçün qürurverici qaynaq kimi böyük əhəmiyyət kəsb edir. Odur ki, təsviri sənət ustalarının həm zamanında, həm də sonrakı dövrlərdə xalqının tarixini bədii tutumda əks etdirən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri hadisə, obraz və obyektə tutulan estetik məziyyətli “bədii güzgü” kimi zamansızlığa qovuşaraq, yaşananların gerçəkçi ifadəsi olaraq çoxqatlı dəyər daşıyır. Milli təsviri sənətimizin çoxəsrlik tarixi belə əsərlərlə zəngindir, desək, yanılmarıq. Bu mənada müstəqillik dövründə uzaq-yaxın keçmişimizə baxışın ideologiya zəncirindən azad olması müəlliflərə həm də əsərlərin mövzu dairəsini və obraz seçimini daha da genişləndirməyə imkan verdiyini söyləmək olar. Azərbaycan rəssam və heykəltəraşlarının Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinə müxtəlif janrlı əsərlər həsr etmələri də bunun göstəricisi sayıla bilər. Hər il sentyabr ayının 15-nin ölkəmizdə xüsusi olaraq qeyd olunması da məhz həmin xilaskar ordunun Bakını daşnak-bolşevik və ingilis dəstələrindən azad etməsi ilə bağlıdır...

Məlumat üçün bildirək ki, 37 yaşlı general-mayor Nuru Paşanın (1881-1949)  başçılığı ilə bu Ordu 1918-ci il iyunun 17-dən sentyabrın 14-dək bir-birinin ardınca respublika ərazisində uğurlu döyüş əməliyyatları apararaq, əzəli Azərbaycan torpaqlarını yağılardan təmizləyib. Ordunun sentyabrın 15-də bolşevik-daşnak dəstələri üzərindəki qələbəsi isə düşmənlərin daha çox toplaşdığı Bakının azad olunmasını şərtləndirib. Bu yerdə əlavə edək ki, Türkiyənin Birinci Dünya müharibəsindəki uğursuzluqlarından və 1918-ci ilin oktyabrın 30-da imzalanmış Mudros barışığından sonra Osmanlı qüvvələri, o cümlədən də Nuru Paşanın (Killigil) rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Bununla belə cəsur hərbçinin ölkəmizin XI Ordu tərəfindən işğalından sonra da Azərbaycana qayıtması və xalqı bolşeviklərə qarşı mübarizəyə səsləməsi barəsində məlumatlar mövcuddur.

Məlumat üçün onu da bildirək ki, tarixə həm də “Tripoli qəhrəmanı” ayaması ilə daxil olan cəsur sərkərdə təqaüdə çıxandan sonra İstanbul yaxınlığında dəmirtökmə zavodu açıb. Burada İkinci Dünya müharibəsi dövründə sifarişlə hərbi sursat istehsal olunub. Elə Nuru Paşanın özü də 1949-cu ildə burada baş vermiş partlayış nəticəsində həlak olub.

Sovet dönəmində Qafqaz İslam Ordusunun xalqımızın həyatında oynadığı rol barəsində məlumatlar məlum səbəblərdən gizlin saxlanılıb, bu orduya başçılıq etmiş Nuru Paşa və onun silahdaşlarının qəhrəmanlıqları geniş ictimaiyyətə  çatdırılmamışdır. Amma müstəqillik illərində bu sahədə Azərbaycanda müəyyən addımlar atılıb. Şəhidlər xiyabanında xilaskar türk əsgərlərinin şərəfinə memarlıq abidəsinin ucaldılması, Qobustan rayonu (Acıdərə) ərazisindəki türk zabiti məzarının abadlaşdırılması bunun əyani görüntüsü sayıla bilər.

Yeri gəlmişkən deyək ki, Nuru Paşanın xatirəsinə, onun əbədiləşdirilməsinə münasibət Türkiyənin özündə də arzulanan səviyyədə olmayıb. Belə ki, onun İstanbulun Ədirnə Qapı məzarlığındakı qəbri uzun müddət baxımsız qaldığından  yarasız vəziyyətə düşmüşdü. Bir qrup Azərbaycan ziyalısının Türkiyə səfəri zamanı bu biganəlik gündəliyə gətirilib və müvafiq orqanların işə qarışmasından sonra məzarın bərpasına qərar verilib. Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə bu xeyirxah iş başa çatdırılıb. Hazırda Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilən görkəmli hərbçinin abad məzarı üzərində Azərbaycanın və Türkiyənin bayraqları dalğalanmaqdadır...

Müstəqillik illərində ideoloji asılılıqdan azad olan Azərbaycan təsviri sənətində Nuru Paşa obrazının geniş yer alması həm də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının tarixi mövzuda ən yaxşı əsərlərin yaradılması məqsədilə keçirdikləri müsabiqə-sərgi ilə bağlı olub. Ədalət xatirinə demək lazımdır ki,  hələ bu sənət yarışması keçirilməzdən əvvəl  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Bəxtiyar Yusifov diplom işini Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycana gəlişinə həsr edib. “Zəfər yürüşü” adlanan çoxfiqurlu üfüqi kompozisiyada cəsur komandan ağ atın belində  xilaskar ordunun önündə təsvir olunub. İşıqlı səma altında şəhərə yaxınlaşan döyüşçülərin hərəkətlərində düşmən üzərində qələbəyə inamın ifadəsi qabarıq hiss olunmaqdadır. Atlıların əllərində dalğalanan ay-ulduzlu qırmızı türk bayraqları da Bakıya yaxınlaşan dəstənin ünvanından xəbər verir. Döyüşçülərin kətan boyu düzülüşündəki özünəməxsus axıcı ritmdə həm də qətiyyətə bələnmiş dinamika duyulmaqdadır. Əsərin yığcam rənglərdən ibarət nikbin koloriti də xilaskar ordunun növbəti qələbəsinə  bədii işarə kimi düşünülmüşdür...

Gəncəli fırça ustası Faiq Abdullayevin çəkdiyi “Nuru Paşanın Gəncədə qarşılanması” tablosunda adından da göründüyü kimi cəsur hərbçi qədim şəhərin küçələrindən birində təsvir olunub. Müəllifin təqdimatında onun xilaskar ordunu qarşılayan şəhər əhalisi ilə görüşü duyğulandırıcı çalarlarla zəngindir. At belində onu qarşılamağa çıxan əli qırmızı bayraqlı insanların çöhrələrinə hopmuş nikbinlikdə baş verənlərin gəncəlilərin böyük sevincinə səbəb olduğunu görmək mümkündür. Nuru Paşanın arxasındakı qədim memarlıq tikilisinin, sağdakı azman Gəncə çinarının buludları dağıdan mavi səma ilə qovşağının bədii təqdimatı əsəri monumentallığa bələməklə, onun kifayət qədər cəlbedici və duyğulandırıcı görünməsini şərtləndirmişdir. Əsər tamamlanandan sonra Türkiyənin Gəncədəki konsulluğuna hədiyyə olunmuşdur.

Qeyd edək ki, gəncəli rəssamın Nuru Paşa obrazına müraciət etməsi bu vaxta qədər onunla bağlı bir məsələnin aydınlaşmasına da kömək edib. Əsər üzərində işləyərkən məlum olub ki, Faiq Abdullayevin mənbə kimi istifadə etdiyi fotonun  məşhur sərkərdəyə heç bir dəxili yoxdur.  Bu məsələdə rəssamın heç bir günahı yox idi. Çünki o vaxta qədər bütün Türkiyə və Azərbaycan mənbələrində Nuru Paşa məhz bu şəkillə təqdim olunurdu. Əslində isə həmin foto Qafqaz İslam Ordusunun Azərbaycana gəlmiş digər bir zabitinə - Cəmil Cahit Toydəmirə məxsus idi. Portretin tamamlanmasından sonra Gəncədə səfərdə olan bir Türkiyə hərbçisinin işə qarışması nəticəsində Ankaradan - Nuru Paşanın qızının arxivindən onun orijinal fotosu əldə olunub. Bundan sonra rəssam yenidən qəhrəmanın obrazı üzərində işləyib və onun əsərdəki Cəmil Cahid cizgilərini yenisi ilə əvəzləyib...

Tanınmış tişə ustası Arif Qazıyevin Nuru Paşaya  həsr etdiyi atlı heykəl də məşhur sərkərdənin yaddaqalan obrazını özündə əks etdirir. Atın üzərindəki qətiyyətli oturuşu ilə tamaşaçıda özünə və xilaskarlıq missiyasına inam yaradan Nuru Paşanın fiquru plastikasının lakonikliyi ilə diqqət çəkir. Kompozisiyanın ifadəli siluetə malik olmasındandır ki, müəllif təqdimatında atın və fiqurun axıcı ritmində həm də dinamiklik duyulmaqdadır. Onun hazırladığı və hazırda Türkiyənin Bakıdakı səfirliyinin həyətindəki büstü  də Arif Qazıyev tərəfindən hazırlanıb. Təəssüf doğuran fakt hər iki heykəltəraşlıq nümunəsinin özündə Cəmil Cahidin cizgilərini daşımasıdır...

Gəncəli heykəltəraş Cəmaləddin Rüstəmovun hazırladığı kompozisiyada da Qafqaz İslam Ordusunun komandanı at belində təsvir olunub. Plastikanın bədii-texniki ifadə imkanlarından uğurla istifadə edən müəllif Nuru Paşanın cəlbedici obrazı yaratmağa nail olub. Atlı heykəllər yaratmaqda zəngin təcrübəsi olan Cümşüd İbrahimlinin hazırladığı 12 metrlik abidə-kompozisiyanın  bədii-psixoloji tutumu da görkəmli sərkərdənin Azərbaycanda nümayiş etdirdiyi qürurdoğurucu cəsurluğa müvafiqdir.

1918-ci ilin təzadlı hadisələri digər rəssamların da yaradıcılığında yer alıb. Bu mənada Arif Məmmədovun “Cümhuriyyət xadimlərinin Gəncədə qarşılanması”, Ceyhun Həmzəyevin “Cümhuriyyət”  və s. müəlliflərin əsərlərinin adını çəkmək olar. Bir əsr bundan əvvəl yaşanan hadisələrə bu müxtəlif müəllif münasibətlərində onların zamanında hifz etdiyi mənəvi-ruhi dəyərləri gələcəyə daşımaq istəyi duyulur. Əgər hər bir sənət əsərinin həm də müxtəlif nəsillər arasında zəngin dəyər daşıyıcısı olan qırılmaz  “mənəvi zəncir” yaradılmasına xidmət etdiyini nəzərə alsaq, onda Azərbaycan təsviri sənətinin müasir yaradıcılarının bu yolda uğurlu addımlar atdığını söyləmək olar. Onların zamanında əvəzolunmaz xilaskarlıq nümunəsi göstərmiş türk hərbçilərinə bədii-tarixi münasibəti də bunu təsdiqləyir...

 

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq