Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

XİN: Ermənistan rəhbərliyinin humanizm və humanitar hüquqla bağlı Azərbaycana ittiham irəli sürməsi riyakarlığın ən son həddidir

XİN: Ermənistan rəhbərliyinin humanizm və humanitar hüquqla bağlı Azərbaycana ittiham irəli sürməsi riyakarlığın ən son həddidir

Bakı, 28 avqust, AZƏRTAC

Ermənistan rəhbərliyinin humanizm və humanitar hüquqla bağlı Azərbaycana ittiham irəli sürməsi riyakarlığın ən son həddidir.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.

Açıqlamada deyilir: “2020-ci il avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd edib. Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alınıb, təxribat qrupunun rəhbəri Ermənistan silahlı qüvvələrinin baş leytenantı Qurgen Alaverdyan zərərsizləşdirilib.

İstintaqa cəlb edilmiş sözügedən şəxs Ermənistan silahlı qüvvələrinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının silahlı qüvvələrinin şəxsi heyətinə və hərbi infrastruktura zərər yetirmək tapşırığı əsasında bir qrup Ermənistan hərbçisi ilə birlikdə Azərbaycan Ordusunun mövqelərinə basqın təşkil etmək niyyəti ilə hərəkət etdiklərini etiraf edib.

Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttinin müxtəlif hissələrində son günlər intensivləşən kəşfiyyat tədbirləri, o cümlədən pilotsuz uçuş aparatlarından istifadənin genişlənməsinin müşahidə edildiyi bir vaxtda Qurgen Alaverdyanın rəhbərliyi ilə həyata keçirilən kəşfiyyat-diversiya fəaliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin cəbhə xəttində növbəti hərbi avantüra güddüyünü göstərir və hərbi vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisi kimi qəbul edilməlidir.

Ermənistanın bu mənfur niyyətinin ifşa olunmasından sonra keçirdiyi isteriya və panika vəziyyətində Azərbaycana qarşı əsassız və sərsəm ittihamlar səsləndirməsi beynəlxalq ictimaiyyətin və erməni cəmiyyətinin diqqətini öz hərbi avantürist siyasətinin uğursuzluqlarından yayındırmaq cəhdidir.

Ermənistan tərəfinin Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulması, “ermənifobiya” kimi əsassız ittihamlar ehtiva edən bəyanatlarını qətiyyətlə rədd edirik. Azərbaycan tərəfi əsir götürülən Qurgen Alaverdyana münasibətdə humanitar hüququn tələblərinə uyğun olaraq davranıb.

Bu xüsusda, yada salmaq yerinə düşər ki, Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulmasına dair iddialar irəli sürən ölkə 30 ilə yaxındır Azərbaycan Respublikasına qarşı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı və etnik təmizləmə ilə müşayiət olunan hərbi təcavüz aktı törədən Ermənistandır. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 20000 azərbaycanlı qətlə yetirilib, 50000 şəxs əlil olub, bir milyona yaxın mülki şəxs öz doğma yaşayış yerlərindən zorla vəhşicəsinə qovulub, 5364 nəfər itkin düşüb, əsir və girov götürülərək Ermənistan tərəfindən ağır işgəncə və alçaldıcı rəftara məruz qalıb. Bu şəxslərdən 4000-ə yaxın insanın taleyi hələ də məlum deyil.

Ermənistan hazırda soydaşlarımız, mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlayaraq, onları işgəncəyə məruz qoyub, qanunsuz olaraq azadlıqdan məhrum edib.

Ermənistan silahlı qüvvələrinin zabitinin əsir götürülməsi kontekstində humanitar hüququ, o cümlədən Cenevrə konvensiyalarını yadına salan Ermənistan, bu ölkənin əvvəlki və hazırkı hakimiyyəti Azərbaycanın beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr tərəfindən dəstəklənən hər iki tərəfdə olan əsir və girovların “hamının hamıya qarşı” prinsipi ilə dəyişdirilməsi təklifinə inadkarcasına etiraz etdiyini unutmamalıdır.

Azərbaycana qarşı sərsəm iddialar irəli sürən Ermənistan insanlığın ən adi dəyərlərini və beynəlxalq humanitar hüququn ən ümdə prinsiplərini heçə sayaraq, münaqişə gedişində həlak olmuş şəxslərin meyitlərini belə siyasi və maddi qazanc obyekti etməkdən çəkinməyib, meyitlərə münasibətdə onların peşələrinə və ya hərbi rütbələrinə uyğun olaraq “qiymət cədvəli” tətbiq etmiş bir dövlət olaraq, humanizm, tolerantlıq və bu kimi ideyalardan danışmağa mənəvi haqqını çoxdan itirib.

Ermənistanın əvvəlki hərbi-siyasi rəhbərliyinin Azərbaycana və onun mülki vətəndaşlarına qarşı törədilmiş ağır müharibə və insanlıq əleyhinə cinayətlərə görə üzr istəməkdən açıq-aydın boyun qaçıran hazırkı Ermənistan rəhbərliyinin humanizm və humanitar hüquqla bağlı Azərbaycana ittiham irəli sürməsi riyakarlığın ən son həddidir.

Azərbaycana qarşı sülhün təsisi üçün əlverişli mühitə zərbə vurmaqla bağlı ittiham irəli sürən Ermənistan cari ilin 12-16 iyul tarixlərində dövlət sərhədinin Tovuz istiqamətində cəhd etdiyi hücum, bunun ardınca cəbhə xəttində vəziyyəti gərginləşdirən, münaqişənin nizama salınması cəhdlərinə zərbə vuran təhrikçi və təxribat xarakterli bəyanat və hərəkətləri ilə yaranmış vəziyyətə görə məsuliyyəti öz boynundan atmağa hədəflənmiş uğursuz cəhd göstərir.

Dünya ictimaiyyəti Tovuz istiqamətində vəziyyətin məqsədyönlü gərginləşməsində Ermənistanın hərbi-siyasi rəhbərliyinin birmənalı məsuliyyət daşıdığını anlayır və bu ölkənin hərbi əsir Qurgen Alaverdyan ətrafında vəziyyətdən diqqəti yayındırmaq məqsədilə istifadə etmək cəhdi uğursuzluğa məhkumdur.

Azərbaycan tərəfi bir daha Ermənistan tərəfinin ölkəmizə qarşı humanitar hüququn pozulması və “ermənifobiya” ilə bağlı əsassız ittihamları qətiyyətlə rədd edir, beynəlxalq ictimaiyyəti bu ölkəni bölgədə onsuz da həssas olan vəziyyəti gərginləşdirmək cəhdlərindən çəkindirmək üçün əməli addımlar atmağa çağırır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO