Xırdalanda evdən oğurluq edilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Xırdalanda evlərin birindən 5 min manat dəyərində məişət əşyaları oğurlanıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 5 min manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Mahmud Mahmudov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 2 min 743 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
Hər iki fakt üzrə araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:45]
“Şirvan Aqro” MMC-yə “HALAL” uyğunluq sertifikatı təqdim edilib
- 13.11.2026 [16:17]
Ümumdünya Xeyirxahlıq Günü: yaxşılıq insanlığın ən ali dəyərlərindəndir
- 13.11.2026 [16:16]
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir
- 13.11.2026 [16:00]
Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib
- 13.11.2026 [15:57]
Qubada İnnovasiya və Startap Düşərgəsi təşkil olunub VİDEO
- 13.11.2026 [15:44]