Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xocalı - qanımızdan keçən dirçəliş” - anım tədbiri

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının Ərazi Partiya Təşkilatı “Xocalı - qanımızdan keçən dirçəliş” adlı tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, anım tədbirindən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin universitetdəki abidəsini və “Zəfər guşəsi”ni ziyarət edərək önlərinə gül dəstələri qoyub, Ulu Öndərin və şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

YAP Ərazi Partiya Təşkilatının sədri dosent Sultanəli Qurbanov Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında sağalmaz yara olduğunu deyib. O qeyd edib ki, 1992-ci ilin 26 fevralında törədilmiş bu qanlı hadisə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir.

ADPU-nun rektoru professor Cəfər Cəfərov Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Rektor Xocalının bu gün yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Xocalı artıq dirçələn, yenidən həyat qazanmış bir məkana çevrilir və bu, xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün göstəricisidir. Professor Cəfər Cəfərov gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olduğunu bildirərək vurğulayıb ki, tələbələr tarixi həqiqətləri dərindən bilməli, milli-mənəvi dəyərlərə sadiq olmalı, dövlətçilik ənənələrinə hörmət ruhunda formalaşmalıdırlar.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu rəhbərlik etdiyi qurumun həyata keçirdiyi maarifləndirici layihələr və beynəlxalq kampaniyalar barədə məlumat verib. O bildirib ki, informasiya müstəvisində aparılan mübarizə Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət daşıyır.

Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Vəsilə Mövsümova faciənin ən ağır nəticələrinin qadın və uşaqların taleyində əks olunduğunu vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə aparılan tədqiqatlar və sosial təşəbbüslər həm tarixi həqiqətlərin sənədləşdirilməsinə, həm də cəmiyyətin həssas təbəqələrinin müdafiəsinə xidmət edir.

Təkmül və İnteqrasiya Beynəlxalq İctimai Birliyinin nümayəndəsi Arzu Hüseyn Xocalı soyqırımının beynəlxalq hüquq müstəvisində tanınmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, xarici ölkələrdə keçirilən tədbirlər və təqdimatlar həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

Xocalı faciəsinin şahidləri faciəvi hadisələri tədbir iştirakçıları ilə bölüşərək, həmin günlərin ağrı-acısını bir daha xatırladıblar. Qazilər və müharibə iştirakçıları isə bildiriblər ki, 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər xalqımızın iradəsinin və birliyinin təntənəsidir. Onlar gənclərə səslənərək, tariximizi unutmamağın, dövlətə və Vətənə sədaqətli olmağın hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıblar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fələstinli tələbə: Dayanıqlı şəhərlərin gələcəyinin formalaşmasında beynəlxalq əməkdaşlığın rolu böyükdür

Gənclər Fondu qrant müsabiqəsi elan edir

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

BDU əməkdaşları Qazaxıstanda beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

WUF13-ün yamaykalı iştirakçısı: Azərbaycan dayanıqlı şəhər inkişafı sahəsində yaxşı nümunə göstərir

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən

Somali ilə Azərbaycan arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib

UN-Habitat-ın nümayəndəsi: Gənclər qərarvermə prosesinin bir hissəsi kimi qəbul olunmalıdırlar

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyandan

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktumdan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

“Qəbələ”nin pley-off oyunundakı rəqibi bəlli olub

Muxtar Babayev: Bakı qlobal qərarların qəbul edildiyi mühüm mərkəzə çevrilməkdədir

WUF13-ün pakistanlı iştirakçısı: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə mühüm rol oynayır

Ukrayna Müdafiə Nazirliyi: Rusiya döyüş meydanında 13 min dəfədən çox kimyəvi maddədən istifadə edib

BMT nümayəndəsi: WUF13 ölkədə cəmiyyət üçün konkret və hiss olunan nəticələr yaradacaq - EKSKLÜZİV

Premyer Liqa: Çempion “Sabah” mövsümü qələbə ilə başa vurub

İrana Qasımova: Səməd Vurğunun poeziyası insanlarla zaman arasında canlı dialoq formasıdır

Maimuna Mohd Şərif: WUF13-ə ev sahibliyinə görə Azərbaycanı təbrik edirəm

Misirli tələbə: WUF13-də iştirak etmək mənim üçün çox dəyərli təcrübədir

Sudanlı iştirakçı: WUF platforması ideyaların qarşılıqlı mübadiləsinə imkan yaradır

Müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə növbəti vakansiya seçiminə başlanılır

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib  YENİLƏNİB VİDEO

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib  YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında uroloji risklər və multidisiplinar klinik yanaşmalara həsr olunmuş elmi seminar

WUF13-ün sonuncu gününün maraqlı anları - FOTOLAR

Giorgi Xaindrava: WUF13-ün yüksək səviyyədə təşkili region üçün də mühüm əhəmiyyət kəsb edir

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası

WUF13 iştirakçısı: İnanıram ki, Qana Azərbaycanla şəhərsalma sahəsində səmərəli əməkdaşlıq qura bilər

İsveçdə mobil telefonlar üçün fövqəladə xəbərdarlıq sistemi istifadəyə veriləcək

Nkeyi meri: WUF13 yüksək səviyyədə keçirildi və beynəlxalq tədbirin miqyasına tam uyğundur

Gəncədə vəkillər məhkumlara hüquqi yardım göstəriblər

WUF13 çərçivəsində böhran və münaqişə şəraitində mənzil hüquqları və yenidənqurma çağırışlarından danışılıb - YENİLƏNİB

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışılıb

SOCAR Ukraynadakı yanacaqdoldurma məntəqələrinin yarısında sığınacaqların yaradılmasını yekunlaşdırıb

Biznesin dayanıqlı artımı və inkişafı - UNEC-də beynəlxalq elmi simpozium

“Bank of Baku”dan ölkəxarici pul köçürmələrinə ENDİRİM

Cəbrayılda “Qurban Yarmarkası – Bərəkət Festivalı” təşkil olunacaq

Daşkənddə WUF13 çərçivəsində şəhər inkişafında mədəniyyətin roluna həsr olunmuş seminar təşkil olunub

WUF13-dən gözləntilər mövcud böhranın miqyasına uyğundur – MÜSAHİBƏ

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Xarici ekspert: Bakı şəhər həyatının hibrid modellərinin sınaqdan keçirilməsi üçün pilot platformaya çevrilə bilər

“Azərpoçt”un xüsusi WUF13 markası tədbirin simvollarından birinə çevrilib - REPORTAJ

BMT nümayəndəsi: WUF13 qlobal mənzil böhranının həlli üçün daha sürətli və effektiv addımların atılmasına kömək edəcək

Akankşa Şarma: Uğurlu şəhər transformasiyası hərtərəfli və inteqrasiya olunmuş planlaşdırma tələb edir

PMS imtahanının yekun nəticələri elan olunub

Azərbaycan Avrasiya məkanında mühüm aktorlardan biri kimi qəbul olunur - ŞƏRH

Mexikonun baş koordinatoru: Azərbaycan WUF13-ü nümunəvi şəkildə təşkil etdi

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub

WUF13-ün yaratdığı rezonans ölkəmizin imicinə uzunmüddətli təsirlər göstərəcək - Ekspert

Akankşa Şarma: Rəqəmsal dayanıqlıq şəhərlərin gələcəyinin əsas elementinə çevrilir

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayevdən

Niderlandın Kralı Villem-Aleksandrdan

Robert Nduquva: WUF13 urbanizasiya gündəmi ilə bağlı beynəlxalq dialoqun möhkəmlənməsinə töhfə verir

Şeyx Abdallahi Evah: Azərbaycan çoxsaylı xarici iştirakçının qatıldığı uğurlu forum keçirib

WUF13-də Azərbaycanın və BMT-nin bayraqlarının endirilməsi mərasimi keçirilib VİDEO

WUF13-də Azərbaycanın və BMT-nin bayraqlarının endirilməsi mərasimi keçirilib VİDEO

Göygöldə təhlükəsiz internet təlimləri

İyunun 21-də 9 illik təhsil bazası üzrə təkrar imtahan təşkil olunacaq

Qarsda “Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” konserti keçirilib

DİM: Apellyasiya Komissiyası 1394 şagirdin 1690 yazı işi ilə bağlı düzəliş edib

Jonathan Oriki Some: Gələcək nəsillərə mehriban, inklüziv və ədalətli şəhərlər quraq VİDEO

Jonathan Oriki Some: Gələcək nəsillərə mehriban, inklüziv və ədalətli şəhərlər quraq VİDEO

Qanalı iştirakçı: Azərbaycanda diqqətimi çəkən əsas məqamlardan biri əlçatanlıq və inklüzivlik oldu

Azərbaycan minillik şəhər mədəniyyəti yaratmış sivilizasiya məkanıdır- ŞƏRH

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xandan

AFFA ilə Ombudsman təsisatı arasında əməkdaşlıq çərçivəsində görülmüş işlər müzakirə olunub

Mərakeşli nümayəndə: Hər kəsin şəhərlərdən bərabər istifadə etmək hüququ var

ADA Universitetinin dosenti: Mənzil təminatı ilə bağlı qlobal çağırışın miqyası qətiyyətli cavab tədbirləri tələb edir VİDEO

ADA Universitetinin dosenti: Mənzil təminatı ilə bağlı qlobal çağırışın miqyası qətiyyətli cavab tədbirləri tələb edir VİDEO

Milli Məclisin sədri MDB PA-nın plenar iclasının iştirakçılarını WUF13 barədə məlumatlandırıb

WUF13 çərçivəsində “Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası” mövzusunda sessiya baş tutub - YENİLƏNİB

İyunun 1-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

WUF13-ün keniyalı iştirakçısı: Azərbaycanda yüksək qonaqpərvərlik gördüm

Jonathan Oriki Some: “Bakı Fəaliyyətə Çağırış” sənədi transformativ dəyişikliyə yol göstərən aydın yol xəritəsi təqdim edir VİDEO

Jonathan Oriki Some: “Bakı Fəaliyyətə Çağırış” sənədi transformativ dəyişikliyə yol göstərən aydın yol xəritəsi təqdim edir VİDEO

WUF13 çərçivəsində möhtəşəm konsert

Emin Ağalarov: “Sea Breeze” və “Bakı Ağ Şəhər”in birgə layihələri investisiya axınını gücləndirəcək VİDEO

Emin Ağalarov: “Sea Breeze” və “Bakı Ağ Şəhər”in birgə layihələri investisiya axınını gücləndirəcək VİDEO

“Bakı Ağ Şəhər” layihəsi və “PASHA Real Estate” arasında “Waterfront Quarter”ın inkişafı üzrə saziş imzalanıb

WUF-a sədrlik Azərbaycandan Meksikaya təhvil verilib

WUF13-də mənzil siyasəti və urbanizasiya ilə bağlı elmi layihə təqdim olunub

Lajana Manandhar: Bakıda təhlükəsiz və dözümlü şəhərlərin qurulması ilə bağlı mövzular müzakirə edildi

Multikultural gülüş - WUF13-dən yeni FOTOREPORTAJ

Baş nazir Əli Əsədov Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Dövlət Xidmətinin rəisi Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Ana Falu: Qadınların siyasət subyekti kimi nəzərə alınmaması bərabərsizliyi daha da pisləşdirir

Afrika İnkişaf Bankının nümayəndəsi: Görüləcək işlər çoxdur

WUF13 gənc tədqiqatçılar üçün mühüm beynəlxalq platformadır

Xankəndidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub

Greg Munro: Bakı tarixi irsin qorunması ilə müasir şəhər inkişafını uğurla birləşdirir

Əli Əsədov: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı nəqliyyat-logistika mövqeyini gücləndirir

Sloveniya rəsmisi: Azərbaycana yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkür edirəm VİDEO

Sloveniya rəsmisi: Azərbaycana yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkür edirəm VİDEO

WUF13-də tarixi şəhərlərin rəqəmsal transformasiyası və “ağıllı qoruq” yanaşması müzakirə olunub - YENİLƏNİB VİDEO

WUF13-də tarixi şəhərlərin rəqəmsal transformasiyası və “ağıllı qoruq” yanaşması müzakirə olunub - YENİLƏNİB VİDEO

Professor Ana Falu: Əksər şəhərsalma siyasətləri gender perspektivini aydın şəkildə inteqrasiya etmir

Banjulun meri: Bizi bir araya gətirdiyinə görə Bakıya təşəkkür edirik

Anaklaudia Rossbax: Bizə insanyönümlü şəhərsalma inkişafına əsaslanan kollektiv fəaliyyət lazımdır VİDEO

Anaklaudia Rossbax: Bizə insanyönümlü şəhərsalma inkişafına əsaslanan kollektiv fəaliyyət lazımdır VİDEO

WUF13-ün CAR-dan olan iştirakçısı: Əsas problemlərdən biri hökumətlə icmalar arasında əməkdaşlığın zəif olmasıdır VİDEO

WUF13-ün CAR-dan olan iştirakçısı: Əsas problemlərdən biri hökumətlə icmalar arasında əməkdaşlığın zəif olmasıdır VİDEO

Böyük Britaniya Kral Cəmiyyətinin üzvü: “44 gün Qarabağ – işğaldan azadlığa” kitabında insan amilinə xüsusi diqqət ayrılıb

WUF13 çərçivəsində Şəhər Düşüncələri Kampusu təşəbbüsünün qlobal fəaliyyət platforması kimi rolu vurğulanıb

Baş nazir: Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 10 faizdən çox artıb

BMT rəsmisi: Minatəmizləmə uzun zaman aparacaq VİDEO

BMT rəsmisi: Minatəmizləmə uzun zaman aparacaq VİDEO

Vesna Kolar Planinşiç: SEQ şəhərsalmada torpaq istifadəsinin düzgün planlanması üçün vacibdir

Teymur Rəcəbov Moskvada beynəlxalq turnirdə iştirak edir

UN-Habitat-ın icraçı direktoru: Qonaqpərvərliyə görə təşəkkür edirəm VİDEO

UN-Habitat-ın icraçı direktoru: Qonaqpərvərliyə görə təşəkkür edirəm VİDEO