Xocalı: bir millətin kədəri
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı (ADPU TGT) tərəfindən Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Xocalı: bir millətin kədəri" adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı qurbanlarının və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova çıxış edərək Xocalı soyqırımının bəşəriyyətin törədilmiş ən ağır və dəhşətli cinayətlərindən olduğunu, Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələrin qəddarlıqla qarşısına çıxan hər kəsi qətlə yetirdiyini vurğulayıb.
ADPU TGT-nin sədri Təhmasib İmaməliyev faciəyə tarixi aspektdən yanaşıb, Azərbaycana qarşı törədilən bu misli görünməmiş faciənin nəticələrindən danışıb.