Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar İtaliya Senatının kitabxanasında “Ağrı” kitabının təqdimatı olub VİDEO

Roma, 2 mart, AZƏRTAC

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar İtaliya Senatının kitabxanasında israilli müəlliflər Əmir və Arye Qutun İtaliyada “Sandro Teti Editore” nəşriyyat evi tərəfindən italyan dilinə dərc olunmuş “Ağrı” (İl Dolore) bədii-sənədli romanının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının təşəbbüsü və Azərbaycanın İtaliyadakı səfirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və “Sandro Teti Editore” nəşriyyat evinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə İtaliya parlamentinin, dövlət qurumlarının, Romada akkreditə olunmuş diplomatik korpusun, İtaliyanın elmi-akademik, intellektual, mədəniyyət dairələrinin, dini icma təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbiri açan “Sandro Teti Editore” nəşriyyat evinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliya nümayəndəliyinin rəhbəri Sandro Teti “Ağrı” kitabının italyan dilində nəşr edilməsində məqsədin Azərbaycanın multikultural ənənələri, eyni zamanda, Azərbaycan xalqının məruz qaldığı, bəşəriyyətin müasir tarixinin ən qanlı səhifələrindən olan Xocalı faciəsi barədə İtaliya ictimaiyyətinin məlumatlandırılması olduğunu deyib və kitab barədə məlumat verib.

İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, Senatın müdafiə komissiyasının sədr müavini senator Sercio Divina uzun illərdir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, Azərbaycan torpaqlarının işğalının davam etdiyini, etnik təmizləmə nəticəsində qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtmaqdan məhrum edildiyini bildirib. O, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq bu təcavüzün dayandırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Xocalı soyqırımı qurbanlarının ədalətə qovuşması üçün dünya ictimaiyyətinin öz səsini daha yüksəkdən söyləməsinə ehtiyac olduğunu deyib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan xalqının zəngin multikultural ənənələrə, yüksək qonaqpərvərlik xüsusiyyətlərinə malik olduğu, bəşəri dəyərlərin qorunmasına vacib töhfələr verdiyi halda tarixən haqsızlıqlarla və ədalətsizliklərlə üzləşdiyini bildirib. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, etnik təmizləməyə məruz qalan bir milyondan çox azərbaycanlının öz yurd-yuvalarından didərgin salınması və dinc azərbaycanlı əhaliyə qarşı müharibə cinayətləri, o cümlədən Xocalı soyqırımının törədilməsi və bütün bunları törədən Ermənistana qarşı təzyiqin göstərilməməsinin ikili standartların bariz nümunəsi olduğunu deyib. Ədalətin bərpa olunması, təcavüzün dayandırılması və bu kimi cinayətlərin təkrarlanmaması üçün “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının əhəmiyyətindən danışan səfir “Ağrı” bədii-sənədli romanının bu xüsusda dəyərli mənbə olduğunu deyib. Kitabın müəllifləri olan Əmir və Arye Quta təşəkkürünü bildirən səfir bu nəşrin münaqişə ilə bağlı həqiqətlərin və Azərbaycan xalqının üzləşdiyi ədalətsizliyin İtaliya ictimaiyyətinə çatdırılmasında yardımçı olacağına ümid etdiyini deyib. Səfir bu il İtaliyanın ATƏT-ə sədrliyinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına töhfə verməklə bağlı Azərbaycan tərəfinin gözləntilərinə də toxunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov “Ağrı” kitabının və əsərdə göstərilən faktların Xocalı soyqırımı ilə bağlı həqiqətlərin işıqlandırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri barədə məlumat verən Etibar Nəcəfov bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb. O, Xocalıda baş vermiş soyqırımının Ermənistan qoşunlarının dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətlərin kulminasiya nöqtəsi olduğunu deyib, bu soyqırımının pislənilməsinin və onu törədənlərin cəzalandırılmasının vacibliyini bildirib. Bu xüsusda, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası, bir sıra ölkələrin qanunvericilik orqanları, eləcə də bu yaxınlarda Avropa Parlamenti tərəfindən qəbul edilmiş sənədlərə toxunan şöbə müdiri bütün bunların Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərindən əhəmiyyətini bildirib. Etibar Nəcəfov təqdim olunan kitabın, həmçinin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanması və yüksək tolerantlıq mühitinin mövcudluğundan da bəhs edildiyini deyib, Azərbaycan dövlətinin bu sahədə apardığı uğurlu siyasətdən söz açıb.

“Ağrı” bədii-sənədli romanının həmmüəllifi olan Arye Qut əsərin yazılması səbəbləri haqqında danışaraq, əsas məqsədin dünya ictimaiyyətinə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı və ötən əsrin ən dəhşətli etnik təmizləmələrindən biri olan, 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlı əhalinin məruz qaldığı soyqırımı haqqında geniş məlumat vermək olduğunu bildirib. O, əsərin real hadisələrə, Xocalı qətliamını yaşamış şahidlərin söylədikləri faktlara əsaslandığını bildirərək, kitabda Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi qətliam, vəhşiliklər və digər cinayətlərin üzə çıxarılması və günahkarların cəzalandırılması üçün çağırış edildiyini diqqətə çatdırıb. İsrail vətəndaşı olmasına baxmayaraq, Azərbaycanda doğulduğunu və Azərbaycanı da öz doğma vətəni kimi sevdiyini bildirən həmmüəllif bu səbəbdən Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktının özünün şəxsi ağrı-acısı, şəxsi faciəsi olduğunu qeyd edib. Arye Qut monoetnik ölkə olan Ermənistandan fərqli olaraq, Azərbaycanda daim müxtəlif mədəniyyətlərə və dinlərə məxsus insanların dinc yanaşı yaşadıqlarını, ölkədə multikultural dəyərlərə hər zaman hörmət edildiyini və qorunub saxlanıldığını bildirərək, romanın qəhrəmanları vasitəsilə yəhudilər və azərbaycanlıların da oxşar tarix və taleyə malik qardaşlar kimi həmişə birgə yaşadıqlarını bildirib. O, Azərbaycanda heç vaxt təqib, qırğın və antisemitizm faktlarının olmadığını, multikulturalizmin və tolerantlığın həyat tərzi olduğunu vurğulayıb.

Sonda tədbirin bədii hissəsi çərçivəsində “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək olaraq kinorejissor Vaqif Mustafayevin çəkdiyi “Dərdimi çəkirəm” filmi nümayiş olunub, habelə aktrisa Olqa Mazzinanın ifasında “Azərbaycan şairələrinin antologiyası” kitabından Qarabağdan olan azərbaycanlı şairələrin şeirləri səsləndirilib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar İtaliya Senatının kitabxanasında “Ağrı” kitabının təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH