Xocavənd rayonunun Dolanlar kəndi
Bakı, 1 sentyabr, AZƏRTAC
Xocavənd rayonunun Dolanlar kəndi Qarabağ silsiləsinin yamacında yerləşir. Kəndin keçmış adı Ərgünəş olub.
Dolanlar kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Vətən müharibəsində düşmənə ağır zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 23-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Dolanlar kəndinin görüntülərini təqdim edir.