Xocavənd rayonunun Edişə kəndi
Bakı, 6 oktyabr, AZƏRTAC
Xocavənd rayonunun Edişə kəndi dağətəyi ərazidə yerləşir.
Kənd 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ediş kəndi işğal dövründə erməni vandalizminə məruz qalıb.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 15-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Edişə kəndinin görüntülərini təqdim edir.