Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz dost.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, ölkənizin və xalqınızın firavanlığı üçün ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.

Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası iki dost dövlət olub, qarşılıqlı maraq kəsb edən bir çox sahədə əməkdaşlıq edirlər. Əminəm ki, qarşıdakı dövrdə biz əlaqələrimizi daha da gücləndirəcək, xüsusən iqtisadi sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Kolinda Qrabar-Kitaroviç

Xorvatiya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin