Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Xorvatiya Respublikasının sabiq Prezidenti İvo Yosipoviçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə təbrik edim. Mən Xorvatiya Respublikasının Prezidenti (2010-2015) kimi Sizinlə Bakıda və Zaqrebdə görüşmək şərəfinə nail olmuşam. Ölkələrimiz arasında qədim dövrlərdən çox yaxşı münasibətlər və əməkdaşlıq əlaqələri mövcud olub. İndi mən sabiq Prezident kimi beynəlxalq əməkdaşlığı və inkişafı təşviq edən çox əhəmiyyətli bir təşkilatın - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüyəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin yüksək dəstəyiniz sayəsində beynəlxalq arenada əhəmiyyətli rola malikdir. Azərbaycanın uğurlarını uzun illərdir izlədiyimə görə deyə bilərəm ki, gözəl ölkənizin inkişafı məni həqiqətən də heyran edir. Bu inkişaf Sizin müdrik liderliyiniz sayəsində mümkün olub.

Hörmətli cənab Prezident, ümidvaram ki, Siz ölkənizə hələ uzun illər bundan sonra da rəhbərlik edəcəksiniz. Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, ölkənizə isə daha böyük uğurlar arzulayıram. Ad gününüz mübarək.

 

İvo Yosipoviç

Xorvatiya Respublikasının sabiq Prezidenti (2010-2015)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin