Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xoşbəxt Bağı oğlu Yusifzadə

Xoşbəxt Bağı oğlu Yusifzadə

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli neftçi-alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, respublika dövlət mükafatları və Heydər Əliyev Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadə 2023-cü il oktyabrın 3-də ömrünün 94-cü ilində vəfat etmişdir.

Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakı şəhərinin Pirşağı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1947-1952-ci illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı fakültəsində dağ mühəndisi-geoloq ixtisası üzrə ali təhsil almışdır.

Xoşbəxt Yusifzadə 1960-cı ildə geologiya-mineralogiya elmləri üzrə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 2005-ci ildə professor elmi adını almış, 2007-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Əmək fəaliyyətinə 1952-ci ildə SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında mühəndis-geoloq kimi başlayan Xoşbəxt Yusifzadə 1954-cü ilədək “Dənizneft” Birliyində geoloji şöbə rəisinin müavini və “Azneft” İstehsalat Birliyində böyük geoloq, 1954-1963-cü illərdə indiki “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində böyük geoloq, baş geoloq və rəis vəzifələrində işləmiş, 1963-1970-ci illərdə “Başdənizneft” İdarəsində şöbə rəisi, 1970-1992-ci illərdə isə “Xəzərdənizneft” Birliyində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

Xoşbəxt Yusifzadə 1992-ci ilin may ayından “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti olmuş, həmin ilin noyabrından ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində prezidentin müşaviri, vitse-prezident və birinci vitse-prezident vəzifələrini tutmuşdur.

Akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış şəxsiyyətlərdəndir. Xəzərdə genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və dənizin zəngin potensialının üzə çıxarılmasında onun müstəsna xidmətləri vardır. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə 20-dən artıq neft və qaz yatağı, o cümlədən “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilərək istismara verilmişdir. Həmin yataqların kəşfi ölkəmizin neft strategiyasının milli mənafelərə uyğun gerçəkləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Neft-qaz geologiyası üzrə səriştəli mütəxəssis olan Xoşbəxt Yusifzadə uzun illər ərzində topladığı zəngin təcrübəsini neft sənayesi strukturlarında məsul vəzifələrdə çalışarkən öz təşkilatçılıq bacarığı ilə ahəngdar şəkildə birləşdirirdi.

Xoşbəxt Yusifzadə eyni zamanda neft və qaz sənayesinin aktual problemlərinin həlli, neft-qaz hasilatının inkişafı və geofiziki axtarış üsullarının təkmilləşdirilməsi sahəsində fundamental araşdırmaların müəllifi kimi tanınmışdır. Onun elmlə istehsalatın sıx bağlılığını əyani təcəssüm etdirən tədqiqatları Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsi zamanı elmi metodların tətbiqində xüsusi rol oynamışdır. Xoşbəxt Yusifzadənin apardığı tədqiqatların nəticələri onun 200-ə yaxın elmi əsərində öz əksini tapmışdır. Alimin neft emalı sənayesində ixtiraları respublika iqtisadiyyatına böyük səmərə gətirmiş, karbohidrogen ehtiyatlarının həcmi ilə bağlı hesablamaları həmişə özünü doğruldaraq, ona həmkarları arasında nüfuz qazandırmışdır.

Xoşbəxt Yusifzadənin Azərbaycanın neft-qaz sənayesinin inkişafında əvəzsiz xidmətləri və çoxillik səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycanın ali mükafatları - “Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmiş, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.

Görkəmli neftçi-alim və geoloq, səmimi və təvazökar insan Xoşbəxt Bağı oğlu Yusifzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Şahmar Mövsümov

Fərəh Əliyeva

Mikayıl Cabbarov

Pərviz Şahbazov

Emin Əmrullayev

Rövşən Nəcəf

İsa Həbibbəyli

Akif Əlizadə

İbrahim Quliyev.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Estoniyada Azərbaycanın Zəfər Günü təntənəsi

Fransada CGT-dən noyabrın 17-nə tətil çağırışı: Minimum əməkhaqqının artırılması tələb olunur

Batumidə Zəfər və Dövlət Bayrağı günləri təntənə ilə qeyd olunub

ABŞ hərbi təyyarələri Böyük Britaniyadakı ikinci aviabazanı da tərk edib

İngiltərə məktəblərində şagirdlərin mobil telefon saxlamasına qadağa qoyulacaq

Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb

COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir

Azərbaycanlı tanınmış cərrah Berlində DRK Klinikasının rəhbəri təyin olunub

TÜBA rəhbəri: COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir

Elmir Babayev: Elm bəşəriyyətin ortaq inkişaf dilidir və gələcəyin formalaşmasında mühüm rol oynayır

Sankt-Peterburqda Zəfər Gününü qeyd edilib

Türkiyənin vitse-prezidenti COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

COP31 çərçivəsində qlobal mina probleminə diqqət: Qarabağ Dirçəliş Fondundan mina terroruna qarşı mühüm təşəbbüs

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna görüşü: Müharibənin başa çatması istiqamətində real irəliləyiş gözlənilirmi?

Noyabrın 10-u Ümumdünya Elm Günüdür

Media: ABŞ Əbu-Dabidə Ukraynanın sərhədlərinin yenidən çəkilməsini təklif edib

Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib

Azərbaycanın energetika naziri COP31-də elektrikləşmə üçün istehsal, şəbəkələr və enerji saxlancının paralel inkişafına çağırıb

Rusiya Əbu-Dabi danışıqlarında irəliləyiş əldə olunacağına ümid edir

Rustem Umerov: Əbu-Dabidə üçtərəfli görüşdə hərbi əməliyyatların dayandırılması müzakirə edilir VİDEO

Rustem Umerov: Əbu-Dabidə üçtərəfli görüşdə hərbi əməliyyatların dayandırılması müzakirə edilir VİDEO

On noyabr - Ermənistanın kapitulyasiya aktına imza atdığı tarix VİDEO

On noyabr - Ermənistanın kapitulyasiya aktına imza atdığı tarix VİDEO

Teddi Riner prezidentliyə namizədliyini irəli sürdü: Makrondan dəstək

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO

Tuluz şəhərində azərbaycanlı gənclər Zəfər Günü münasibətilə bir araya gəliblər

Dünyanın 190 ölkəsindən dörd min jurnalist Antalyada COP31-i izləyir

BDYPİ: Səfərdən qayıdan sürücülərə mühüm xəbərdarlıq!

Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə

Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

COP31-də Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Lüksemburqda Azərbaycanın Zəfər Günü silsilə tədbirlər və mədəni proqramla qeyd olunub

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib

COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub

Qazax şəhərində avtomobildə baş verən yanğın söndürülüb

Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş səhnə əsəri nümayiş etdirilib

Zəfər Gününə özəl videoçarx: “Zəfərin səsi, qürurun nəğməsi”

10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq

Cenevrədə Azərbaycanın təşəbbüsü ilə dəyirmi masa təşkil olunub

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO

Suriyada Zəfər Günü: Ordumuzun qələbəsi və aparılan bərpa işləri diqqətə çatdırılıb

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb VİDEO

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb VİDEO

Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib VİDEO

Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib VİDEO

Parisdə Vətən müharibəsindən bəhs edən “Zəfər rəqsi” filmi nümayiş olunub VİDEO

Parisdə Vətən müharibəsindən bəhs edən “Zəfər rəqsi” filmi nümayiş olunub VİDEO

Praqada azərbaycanlı musiqiçilərin iştirakı ilə “Rammstein Symphonic Experience” konserti

ABŞ-də zavodda kimyəvi sızma olub: 11 nəfər xəstəxanaya yerləşdirilib

Üçrəngli bayrağımız azad torpaqlarda milli qürurumuzun və birliyimizin rəmzi kimi dalğalanır – ŞƏRH

Rubio: Rusiyanın razılığı olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verilə bilməz

Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb

ABŞ Senatı Trampın 161 namizədini hələ də təsdiqləməyib

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir

Pentaqon rəhbəri mümkün impiçmentdən narahat olmadığını bildirib

Zelenski: Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır

Tramp: Əbu-Dabi danışıqlarında irəliləyiş mümkündür

Rubio: Ukraynada sülh Moskva və Kiyev arasında razılaşmadan asılıdır

“Forbes”: “Nvidia” rəhbəri bir gündə 7,4 milyard dollar itirib

Rubio: ABŞ ideyalar irəli sürür, amma Ukrayna məsələsində uğura zəmanət verə bilməz

ABŞ və İran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gələ bilərlər

Aİ Ukraynadakı hərbi missiyasının mandatını 2028-ci ilədək uzadıb

Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar

Şuşada bayram konserti və atəşfəşanlıq olub VİDEO

Şuşada bayram konserti və atəşfəşanlıq olub VİDEO

COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

Üçrəngli bayrağımız milli kimliyimizin, dövlətçilik tariximizin və milli birliyimizin rəmzidir

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib

Qarsda Zəfər yürüşü təşkil edilib

Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb

Dövlət Bayrağı Günü tarixi yaddaş, milli suverenlik və dövlətçilik ideologiyasının təntənəsidir

Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO

İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir

Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır