XOŞBƏXTLİK PULDA DEYİLDİR
Ekspertlərin sorğu zamanı əldə etdikləri məlumata görə, ildə təxminən 20 min dollar gəliri olan insanlar 100 min dollardan artıq qazananlara nisbətən cəmi 12 faiz cox vaxt ərzində pis əhvali-ruhiyyədə olurlar. Tədqiqatın müəlliflərindən biri, Kaliforniya Universitetinin psixoloqu Devid Şkeyd demişdir: “Bu nəticələr bizim üçün gözlənilməz olmuşdur, çünki güman edirdik ki, həmin göstərici ən azı 32 faiz təşkil etməlidir”.
Bundan əlavə, alimlər Amerika Əmək Statistikası Bürosundan aldıqları məlumatları araşdıraraq müəyyənləşdirmişlər ki, gəliri ildə 100 min dollardan artıq olan insanlar bilavasitə işlərinə, bazarlığa, uşaqlara qayğı göstərilməsinə və s. daha çox vaxt sərf edirlər. Onların “passiv istirahətə”, yəni televizora baxmağa, əyləncələrə və s. daha az vaxtı qalır. Məlum olmuşdur ki, varlı kişilər buna ildə 19,9 faiz, qadınlar isə daha az, yəni 19,6 faiz vaxt sərf edirlər. Bu göstəricilər ildə 20 min dollaradək gəliri olan amerikalı kişilərdə 34,7 faiz, qadınlarda isə 33,5 faizdir.