XRİSTOFOR KOLUMB KATALONİYALI İDİ?
Məlum olduğu kimi, tarixçilərin əksəriyyəti hesab edir ki, Kolumb 1451-ci ildə Genuyada doğulmuşdur. Lakin bəzi tarixçilər iddia edirlər ki, o, əslində, kataloniyalı olub, adı, soyadı Xristofol Kolom idi və sadəcə olaraq, öz keçmişini gizlədirdi.
Kolumbun Kataloniya mənşəli olduğu barədə nəzəriyyəni irəli sürən ilk tarixçi perulu Luis Ulyoa Sisneros olmuşdur. O, öz tədqiqatlarını 1927-ci ildə çap etdirmişdir.
Bir çox dilçilər bu nəzəriyyə ilə razıdır və bildirirlər ki, Kolumb italyanca və ispanca deyil, məhz katalonca, yaxud ona çox oxşar olan dildə yazırdı. Bu bir yana, o, Amerikada kəşf etdiyi bir çox yerlərə məhz Kataloniya adları vermişdir.
Tarixçilərdən birinin fikrincə, belə adların əksəriyyəti kataloniyalıların məskunlaşdıqları İbitsa adası ilə bağlıdır. Bu nəzəriyyənin tərəfdarları güman edirlər ki, Kolumb kataloniyalı zadəgan ola bilərdi və o, Araqoniya kralı II Xuana qarşı üsyana qoşulmuş və Fransanın əmrinə əsasən dəniz quldurluğu ilə məşğul olmuşdur. Kolumb onun tərəfinin uduzduğunu başa düşərək, guya öz keçmişini gizlətməyə başlamış və Atlantik okeanının o tayına artıq əvvəlcədən planlaşdırılmış səyahətə çıxmaq üçün dəstəklənməyə zəmanət almaq ümidi ilə öz adını ispanlaşdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]