Xudat şəhərində bayram konserti
Xaçmaz, 15 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar təşkil olunan möhtəşəm bayram konserti böyük coşqu ilə qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Xudat şəhərində əsaslı şəkildə yenidən qurulan Nizami Gəncəvi adına parkda keçirilən konsert proqramında respublikanın tanınmış incəsənət ustaları bir-birindən maraqlı ifaları ilə çıxış ediblər.
Bayram konsertinə atəşfəşanlıqla yekun vurulub.