Bakı, 24 fevral, AZƏRTAC
Yanvar ayında 22,5 min ton xurma ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən xurmanın dəyəri 16,7 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin yanvarında dəyəri 10,6 milyon dollar olmaqla 13,4 min ton xurma ixrac edilib.