Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİ VƏ OBYEKTLƏRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏ VƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №7, maddə 479; 2003-cü il, №1, maddə 8; 2004-cü il, №2, maddə 57; 2006-cı il, №8, maddə 657; 2007-ci il, №8, maddə 745) 39-cu maddəsinin birinci hissəsində mötərizədə “müalicəvi palçıqlar,” sözlərindən sonra “müalicəvi Naftalan nefti,” sözləri əlavə edilsin, həmin maddənin üçüncü hissəsində “respublika” sözü “ölkə” sözü ilə əvəz edilsin və “bölgə” sözü çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin