REGİONLAR
Xüsusi qayğıya ehtiyacı olan ailəyə kömək göstərilib
Babək, 22 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayonu Qahab kəndində yaşayan xüsusi qayğıya ehtiyacı olan Nəsirovlar ailəsinə baş çəkilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ailə ilə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları dövlətimizin sosial siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını bildiriblər. Qeyd edilib ki, xüsusi qayğıya ehtiyacı olan ailələrə daim diqqət və qayğı göstərilir, onların sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Sosial rifahın yüksəldilməsi üçün məşğulluq məsələləri həll olunur, xüsusi qayğıya ehtiyacı olan ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.
Sonra ailənin problemləri ilə maraqlanılıb, ehtiyaclarına uyğun kömək göstərilib.
Ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.