Azərbaycan Dövlət İnformasiya Agentliyi

XÜSUSİ TƏYİNATLI TƏHSİL MÜƏSSİSƏLƏRİNİN SİYAHISI

 

Azərbaycan Respublikası Prezidentinin

2010-cu il 24 may tarixli Fərmanı ilə

təsdiq edilmişdir

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturunda:

1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası;

1.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi;

1.3. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi;

1.4. Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi;

1.5. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi;

1.6. Cəmşid Naxçıvanski adına Hərbi Lisey;

1.7. Heydər Əliyev adına Hərbi Lisey.

2. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda:

4.1. Azərbaycan Polis Akademiyası;

4.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Orta ixtisas hərbi məktəbi;

4.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbi;

4.4. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbi.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası.

6. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin