Azərbaycan Dövlət İnformasiya Agentliyi

XVI BRICS sammiti nə vəd edir? - ŞƏRH

XVI BRICS sammiti nə vəd edir? -  ŞƏRH

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Kazanda XVI BRICS sammiti işə başlayıb. Bu tədbir Rusiya üçün son dövrlərin ən mühüm diplomatik hadisələrindən biridir. Eyni zamanda, Rusiyanın müasir tarixində yüksək səviyyəli xarici qonaqların sayına görə ən irimiqyaslı tədbir sayılır. O cümlədən qlobal çoxmərkəzli sistemin inkişafı və regional münaqişələrin həlli ilə bağlı müzakirələrin aparıldığı beynəlxalq platforma rolunu oynayır. Sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Aqil Məmmədov söyləyib.

O deyib ki, builki sammitin əsas mövzusu “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi”dir. BRICS sammitinin əsas prinsipinin problemlərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsi olduğunu bildirən A.Məmmədov sammit çərçivəsində üzv ölkələrin, o cümlədən Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrikanın iqtisadi əməkdaşlığı və qlobal problemləri müzakirə edəcəyini vurğulayıb.

Onun sözlərinə görə, sammitin əsas məqamlarından biri də BRICS-in genişlənməsi, yeni üzvlərin qəbul edilməsidir: “Bu, BRICS-in daha böyük beynəlxalq təşkilata çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir. Yeni üzvlər üçün "tərəfdaş dövlət” statusu yaradılması nəzərdə tutulur. Bu yanaşma, gələcəkdə BRICS-in daha çevik və daha geniş miqyaslı təşkilat olmasına imkan verəcək. Əlavə olaraq, sammitdə regional münaqişələr, xüsusilə Yaxın Şərq və Ukrayna məsələləri də diqqət mərkəzində olacaq. BRICS ölkələri bu münaqişələrin həlli yollarını müzakirə etməklə qlobal sabitliyə nail olmağa çalışırlar”.

Politoloq qeyd edib ki, BRICS Rusiyanın beynəlxalq arenadakı nüfuzunu möhkəmləndirmək baxımından da əhəmiyyətlidir. Sammitin miqyası və iştirakçı ölkələrin sayı Rusiyanın beynəlxalq arenada təcrid olunmadığını, əksinə, onun qlobal səviyyədə tərəfdaşlığını genişləndirdiyini göstərir. Bu, Qərb ölkələrinin Rusiyanı təcrid etmək cəhdlərinin uğursuz olduğunu təsdiq edir və Moskvanın çoxqütblü dünya nizamının qurulmasında mühüm rol oynadığını vurğulayır.

Aqil Məmmədov onu da əlavə edib ki, sammitdə BRICS ölkələri ilə yanaşı, "BRICS+" və "Outreach" formatlarında bir sıra digər ölkələr də iştirak edir. Bu ölkələrdən biri Azərbaycandır. Ölkəmiz artıq BRICS-in gələcək üzvü olmaq istəyini ifadə edib. Bu fakt, BRICS-in qlobal təsir dairəsinin genişləndiyini və onun çoxmillətli və mədəni dialoq platforması kimi əhəmiyyətini artırdığını göstərir.

“Sammitin vacib mövzularından biri də Yaxın Şərqdəki vəziyyətdir. İran, Türkiyə, Misir və digər ölkələrin iştirak etdiyi müzakirələrdə, xüsusilə Fələstin və İsrail arasındakı münaqişə, Qəzza müharibəsi, İran və İsrail arasında davam edən qarşıdurmalar müzakirə mövzusu olacaq. BRICS bu münaqişələrin diplomatik vasitələrlə həlli üçün yollar axtaracaq, qlobal təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikir mübadilələri aparılacaq. Düşünürəm ki, Kazanda keçirilən BRICS sammiti qlobal səviyyədə ədalətli və çoxqütblü dünya nizamının qurulmasına yönəlmiş mühüm diplomatik tədbirdir. Sammitin nəticələri Kazan deklarasiyası ilə rəsmiləşdiriləcək və bu sənəd BRICS ölkələrinin gələcək inkişaf yolunu müəyyən edəcək”, - deyə Aqil Məmmədov bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü keçirilir YENİLƏNƏCƏK

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi?

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib VİDEO

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib

Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

Qırğızıstan-Türkiyə Manas Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında suverenliyini ilk bərpa edən dövlətdir

Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib

Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir

Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb

Azərbaycanın tarixi Zəfəri milli həmrəyliyin və qətiyyətli siyasi iradənin nəticəsidir - ŞƏRH

Özünüməşğulluq proqramı üzrə 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb

Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın üzərinə mühüm vəzifələr düşür

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Azərbaycan milli mətbəxi Uruqvayda “Beynəlxalq Kulinariya Günü”ndə təqdim olunub

Səmyar Abdullayev: 100-dən çox gözdən əlilliyi olan şəxs mədəniyyət sahəsində çalışır

Deputat: Azərbaycançılıq ideologiyasının formalaşmasında ziyalılarımız mühüm rol oynayıblar

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Dram Teatrında “İki aktrisa üçün baş rol” tamaşasının məşqlərinə başlanılıb

Azərbaycan və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşü olub

“Bərabər İmkanlar” layihəsi çərçivəsində inklüziv cəmiyyətin inkişafına həsr olunmuş görüş təşkil edilib

Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Nizami Cəfərov: Azərbaycançılıq ideologiyasının əsasını etnos, din və ümumbəşəri dəyərlərin vəhdəti təşkil edir

“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri başa çatıb

® “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 2-ci yeri tutub

Avrokomissiya Belçikada dəniz külək enerjisi layihəsinə 2 milyard avroluq dəstəyi təsdiq edib

Azər Hacıbalayev: Musiqi duyumu və ritm hissi ifaçının formalaşmasında mühüm rol oynayır

London İmperial Kollecinə gedən yol: azərbaycanlı tələbənin uğur hekayəsi - MÜSAHİBƏ

Neftin ucuzlaşmasına təsir edən fundamental iqtisadi səbəblərdən biri təklif-tələb nisbətinin dəyişməsidir

COP31-dəki Azərbaycan pavilyonunda rəqəmsal transformasiyanın iqlim dəyişmələrinin azaldılmasında əhəmiyyəti vurğulanıb

173A və 173B nömrəli marşrutların avtobusları yenilənir

“Gazprom”: Təbii qazın qlobal enerji təhlükəsizliyində rolu artacaq

Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb VİDEO

Azərbaycanın turizm imkanları Yaponiya bazarında yeni təşəbbüslərlə tanıdılır

Türkiyə və Çin COP31 çərçivəsində 15 milyard dollarlıq razılaşma əldə edib

Alen Berse: Cənubi Qafqazın üç ölkəsi Avropa Şurasının üç qürurlu və bərabərhüquqlu üzvüdür VİDEO

Alen Berse: Cənubi Qafqazın üç ölkəsi Avropa Şurasının üç qürurlu və bərabərhüquqlu üzvüdür VİDEO

Azərbaycan rəssamının kuklaları “Doll Prague-2026” sərgisində nümayiş etdirilib

Jurnalistlər üçün kibertəhlükəsizlik üzrə maarifləndirici infosessiya təşkil edilib VİDEO

Jurnalistlər üçün kibertəhlükəsizlik üzrə maarifləndirici infosessiya təşkil edilib VİDEO

Azərbaycanın Corc Vaşinqton Universiteti ilə təhsil tərəfdaşlığı genişlənir

Vüqar Zifəroğlu: Azərbaycançılıq ideologiyası media fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır

Naxçıvanda informasiya təhlükəsizliyi risklərinin idarə olunması üzrə təlim olub

Antonio Quterreş: Elektrik şəbəkələri bərpaolunan enerjinin inkişafına uyğun şəkildə təkmilləşdirilməlidir

“Turan”ın baş məşqçisi: Çempionlar Liqasının qrup mərhələsində də layiqli mübarizə aparmağa çalışacağıq

ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Mərkəzi Elmi Kitabxanada Konstitusiya Günü ilə bağlı sərgi təşkil edilib

Elnar Musayev: "Bərabər İmkanlar” layihəsi sosial istiqamətdə atdığımız yeni addımdır

Lüksemburqun Baş naziri: Süni intellektə nəzarət üçün konsepsiyalar hazırlanmalıdır VİDEO

Lüksemburqun Baş naziri: Süni intellektə nəzarət üçün konsepsiyalar hazırlanmalıdır VİDEO

Kamran İmanov ÜƏMT-nin Qlobal Forumunda süni intellektin hüquqi tənzimlənməsi ilə bağlı təkliflər irəli sürüb