REGİONLAR
YADDAŞ: 2020-ci il 8 oktyabr. Erməni hərbçiləri Bərdədə dinc sakinləri artilleriya atəşinə tutdular VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı terror əməllərini davam etdirərək 2020-ci il oktyabrın 8-də Bərdə şəhərini növbəti dəfə artilleriya atəşinə tutdu.
“Toçka-U” raketlərindən istifadə olunan terror aktında mülki şəxslərə, infrastruktura ciddi ziyan dəydi, yaralananlar oldu.
AZƏRTAC iki il öncə hadisə yerindən çəkilən fotoları təqdim edir.
Baş Prokurorluğun məlumatında bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 8 oktyabr saat 13:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb, 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.