Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Yadulla Əliyev: Ordumuz 30 ildir həlli mümkün hesab edilməyən bir problemin çox vacib bir hissəsini cəmi bir ayda yoluna qoydu

Yadulla Əliyev: Ordumuz 30 ildir həlli mümkün hesab edilməyən bir problemin çox vacib bir hissəsini cəmi bir ayda yoluna qoydu

Naxçıvan, 27 oktyabr, AZƏRTAC

Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün apardığı əks-hücum əməliyyatları şərəfli tariximizdə özünəməxsus yerini tutacaqdır. Şanlı Azərbaycan Ordusu Vətən müharibəsində yüksək döyüş peşəkarlığı nümayiş etdirir, ən müasir və yüksək dəqiqliyə malik silahlardan istifadə edir. Vaxtilə bəzilərinin “neft pulları hara gedir?” kimi sərsəm suallarının cavabını bu döyüşlər açıq şəkildə verdi.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri deyən ehtiyatda olan polis polkovniki Yadulla Əliyev bildirib ki, Azərbaycan Ordusu 30 ildir həlli mümkün hesab edilməyən bir problemin çox vacib bir hissəsini cəmi bir ayda yoluna qoydu. İşğal altında olan 4 şəhər - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, 4 qəsəbə - Hadrut, Suqovuşan, Mincivan, Ağbənd, 166 kənd və çox sayda əhəmiyyətli strateji yüksəklikləri işğaldan azad etdi. Ordumuz BMT-nin Təhlükəsiz Şurasının qəbul etdiyi qətnamələri uğurla yerinə yetirir. Biz öz torpağımızda vuruşaraq uzun illər bərpa edilməyən ədaləti bərpa etməyə çalışırıq və bizim işimiz haqq işidir.

Yadulla Əliyev qeyd edib ki, məğlubiyyətinin uzaq olmadığını görən düşmən özünü hiyləgərliyə qoyur. Döyüşlər gedən müddətdə 2 dəfə Moskvada, 1 dəfə Vaşinqtonda humanitar atəşkəs imzalansa da Ermənistan bu razılaşmaların heç birinə əməl etməyib. Həm də onlar elə bir çətin vəziyyətdədir ki, atəşkəs bizə deyil, daha çox ermənilərə lazımdır. Bu halda belə, atəşkəsə əməl etməyən bir dövlət itib-batan “gücünü” yenidən topladıqdan, yeni silahlarla silahlandırıldıqdan sonra rahat dayanacaqmı? Əlbəttə, yox! Erməni baş naziri, təlxək Paşinyanın yalvarışları da maskalanmaqdan başqa bir şey deyil. O, sülhə getmək üçün deyil, qalan qüvvələrini yenidən toplamaq, fasilədən istifadə edərək yeni silah və texnika partiyalarının gətirilməsini gözləmək və bundan sonra yenidən hücuma keçmək arzusundadır. Onu da qeyd etmək yerinə düşər ki, Ermənistan hər 3 atəşkəsi bir neçə dəqiqə sonra pozaraq Azərbaycan mülki əhalisinə artilleriya və raket zərbələri endirib. Buradan belə bir nəticəyə gəlmək olar ki, ermənilər məsələnin sülh yolu ilə həllini istəmirlər. Çünki bütün beynəlxalq qanunlar ölkəmizin lehinədir. Bu qanunlar tətbiq edilsə onlar bütün cəfəng iddialarından əl çəkməli olacaqlar. Bunlar isə əl çəkmək istəmirlər. Belə olan halda güc tətbiqi qaçılmazdır.

Vətən müharibəsinin getdiyi bu günlərdə üç tərəfdən düşmən əhatəsində olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması da aktualdır. Bu məsələyə ötən illərdə əldə edilən təcrübələri xatırlamaqla münasibətini bildirən ehtiyatda olan polkovnik diqqətə çatdırıb ki, ermənilər cəmi 25-30 il bundan əvvəl Naxçıvanı işğal etmək üçün bütün imkanlarını səfərbər etmişdilər. O vaxtlar keçmiş sovet rejimi ov tüfənglərini də müxtəlif bəhanələrlə yığmış, əhalini düşmənin çoxsaylı hərbi texnikaları ilə qarşı-qarşıya qoymuşdu. Ermənilər o vaxtlar Sədərəyə hücum etsələr də yumruq kimi birləşən naxçıvanlılar təcavüzkarlara lazımi dərsi verdilər. Həmin illərdə yalnız Vətənə məhəbbətlə ulu öndər Heydər Əliyevin ətrafında birləşən naxçıvanlılar bu diyarı ağır bəlalardan xilas etdilər. Nəticədə, muxtar respublikanın ərazi bütövlüyü qorunub saxlanıldı. Bu gün isə Naxçıvanda qüdrəti ilə fəxr etdiyimiz Əlahiddə Ümumqoşun Ordu var. Bu ordu ən müasir silahlara, hərbi texnikalara, yüksəkixtisaslı, peşəkar zabit heyətinə sahibdir. Vaxtilə naxçıvanlılar ov tüfəngi ilə tankın-topun qarşısına çıxmışdılar. Bu gün isə düşmənin qarşısına döyüş qabiliyyəti müasir dünya orduları ilə müqayisə edilən, çox yüksək dəqiqliyə malik silah arsenalına malik olan Əlahiddə Ümumqoşun Ordu çıxacaq. Bu ordu ilə qarşılaşmaq isə ermənilər üçün heç də arzuolunan hal deyil. Qaldı ki, Ermənistanın paytaxtı İrəvan şəhəri Naxçıvandan o qədər də uzaqda deyil.

Yadulla Əliyev deyib: “2018-ci ildə Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə Günnüt kəndinin işğaldan azad edilməsi və bu istiqamətdə daha əlverişli mövqelərə sahib olması onun gücünü göstərir. Bu zaman “Qızılqaya” dağı və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirilib. Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülüb. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Bununla həm də strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuş oldu ki, bu da çox önəmlidir”.

Ehtiyatda olan polis polkovniki şeirlər yazdığını, onlar arasında vətənpərvərliyə həsr olunan şeirlərin xüsusi yer tutduğunu da qeyd edib. Yadulla Zaman imzası ilə yazılan həmin şeirlər arasında o, “Döyüşə hazır ol!” şeiri ilə fikrini tamamladı:

Qəlbimdə kinim var, açıq yazıram,

Bir haqlı savaşa hər an hazıram!

Yuxumda düşmənə qəbir qazıram,

Torpağım düşməndə qalandan bəri.

Nə vaxtsa bu işğal çatacaq sona,

İstəyir erməni girsin min dona.

Hər səhər lənətlər deyirəm ona,

Torpağım düşməndə qalandan bəri.

Döyüşə hazır ol, igidlər-mərdlər!

Xilaskar gözləyir şəhərlər, kəndlər.

Günbəgün çoxalır yığılan dərdlər,

Torpağım düşməndə qalandan bəri.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır