YAĞMURLU HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏKDİR
Bakı, 31 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 1-də ölkə ərazisində yağmurlu hava şəraiti davam edəcək, bəzi yerlərdə şimşək çaxacaqdır. Respublika üzrə havanın temperaturunda əvvəlki günlə müqayisədə gecə bir, gündüz iki dərəcə aşağı düşəcəkdir. Abşeron yarımadasında hökm sürəcək mövcud hava şəraiti meteohəssas insanlar üçün əlverişli sayılacaqdır.
Bakıda havanın temperaturu gecə 11-13, gündüz 13-15, Naxçıvanda gündüz 15-17, gecə 5-7, aran bölgəsində gündüz 16-18, gecə 11-13, dağlıq zonada gündüz 10-12, gecə 7-9 dərəcə təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]