Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yalçın Hacızadə: Azərbaycan Xəzər dənizinin enerji resurslarının qısa yollarla Avropaya ötürülməsi baxımından əlverişli coğrafi mövqeyə malikdir

Yalçın Hacızadə: Azərbaycan Xəzər dənizinin enerji resurslarının qısa yollarla Avropaya ötürülməsi baxımından əlverişli coğrafi mövqeyə malikdir

Bakı, 7 oktyabr AZƏRTAC

Bolqarıstanla Azərbaycanın diplomatik əlaqələri 30 il bundan əvvəl qurulub və tərəflər arasında 2015-ci ildə imzalanan razılaşmaya görə, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Nəzərə alsaq ki, Bolqarıstan Avropa İttifaqının (Aİ) və NATO-nun kifayət qədər ciddi söz və güc sahibi olan üzvüdür, bu münasibətlərin əhəmiyyətini daha aydın izah etmək olar. Çünki Bolqarıstanla münasibətlərimizin inkişafı, əlaqələrin gücləndirilməsi, həmçinin onun üzv olduğu təşkilatlarla da Azərbaycanın əlaqələrinin yaranmasına, ölkəmizin də həmin təşkilatların yanında əhəmiyyətinin artmasına səbəb olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.

“Hazırda Avropa qitəsi enerji təhlükəsi ilə qarşı-qarşıyadır və görünən odur ki, bu, böyük böhrana çevriləcək. Burada əsas məsələ qitənin qaz tədarükçüsü olan ölkələrinin enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə edərək Avropaya enerji verilməsini dayandırmasıdır. Eyni zamanda, Rusiyadan Avropaya Baltik dənizi vasitəsilə çəkilmiş boru xətlərinin partladılmasıdır. Bu kontekstdə Azərbaycan qazının Şərqi və Mərkəzi Avropa ölkələrinə çatdırılması və bunun gələcəkdə 2 dəfədən çox artırılması həmin dövlətlər üçün enerji təhlükəsizliyini təmin etməsi, ölkəmiz üçün də bazarların genişləndirilməsidir. Enerji resurslarının Avropaya çatdırılmasında yaranan problem təkcə həmin ölkələrdə yaşayan insanların məişət imkanlarını məhdudlaşdırmır, həmçinin iqtisadiyyat, sənaye sahələrinə mənfi təsir etmiş olur”, - deyə politoloq qeyd edib.

O bildirib ki, Azərbaycan bu il Bolqarıstana 500 milyon kubmetr, gələcəkdə isə 2 milyard kubmetrə qədər qaz nəql edəcək. Bu da Bolqarıstanın istifadə etdiyi qazın 50 faizidir. Əlbəttə, bu da Bolqarıstanın enerji təhlükəsizliyinin təmin olunması baxımından onlar üçün vacibdir.

Azərbaycanın enerji siyasəti nəqliyyat yollarının şaxələndirilməsi üzərində qurulub ki, bu da indiki zamanda böyük əhəmiyyətini göstərmiş olur. Bakı-Tbilisi-Ceyhan, TAP və TANAP kimi layihələrin icrası zamanı ermənipərəst qüvvələrin təsiri altına düşərək layihələrə mane olan və ya dəstək vermək istəməyən bəzi qüvvələr və dövlətlər indi düşdükləri böhrandan çıxmaq üçün həmin kəmərlərdən pay almaq məqsədilə əməkdaşlığın yollarını axtarırlar.

Y.Hacızadə deyib: “Azərbaycan-Bolqarıstan münasibətləri təkcə enerji sahəsini əhatə etmir. Ümumiyyətlə, Azərbaycan enerji sektoru ilə yanaşı, qeyri-neft sahəsinin də inkişafında və bu istiqamətdə əməkdaşlıqda maraqlıdır. Elə ona görə də Bolqarıstanla qurulan münasibətlərimizə innovasiya, yüksək texnologiyalar, ticarət, sərmayə qoyuluşu, mədəniyyət və elm sahələri də daxildir.

Azərbaycan “Şərq-Qərb dəhlizi”nin birləşdirilməsində, Xəzər dənizinin enerji resurslarının qısa yollarla Avropaya ötürülməsində coğrafi mövqeyə malikdir. Eyni zamanda, Azərbaycan Xəzər dənizinin sahilində Ələt iqtisadi zonası yaradıb ki, burada tətbiq olunan qanunvericilik, iqtisadi normalar və kommunikasiya beynəlxalq standartlara yüksək səviyyədə cavab verir, həmçinin Asiya və Avropanın birləşməsində böyük imkanlara malikdir. Bundan əlavə, Bolqarıstan da Qara dəniz hövzəsində yerləşən və böyük limanlara malik olan ölkədir. Bizim Qara dəniz ölkələri ilə geniş əlaqələrimiz var. Biz də 1992-ci ildə yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüyük. Ölkəmizin artan tranzit imkanları bizə dünya okeanlarına çıxmaq üçün Bolqarıstan da daxil, digər liman ölkələri ilə əlaqələrimizin inkişafına şərait yaradır”.

O əlavə edib ki, bütün bu hadisələrin və imkanların fonunda Prezident İlham Əliyevin Bolqarıstana səfəri, orada biznes sahibləri, digər ölkələrin rəhbərləri ilə keçirdiyi təktərəfli və çoxtərəfli görüşlər, eləcə də Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyətinin göstəricisi, eyni zamanda, Azərbaycan dövlətinin uzun müddətdir eyni xətt üzrə apardığı uğurlu siyasətin bəhrəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir