DÜNYA
“Yamal” LNG layihəsi üçün Avropa banklarından 450 milyon avro kredit cəlb edilib
Bakı, 13 iyun, Nihad Budaqov, AZƏRTAC
Rusiya “Yamal” mayeləşdirilmiş təbii qaz (LNG) layihəsi üçün Avropa banklarından 450 milyon avro kredit cəlb edib.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bunun üçün bir sıra Avropa bankları ilə sazişlər imzalanıb. Layihəyə Avstriyanın “Raiffeisen Bank” və İtaliyanın “Intesa Sanpaolo” banklarından 14 illik müddətə kredit cəlb olunacaq.
Qeyd edək ki, hava temperaturunun mənfi 50 dərəcəyə çatdığı, Rusiyanın Şimal Qütbündəki Yamal yarımadasında yerləşən Sabetta qəsəbəsində reallaşdırılacaq “Yamal” LNG layihəsi qütbdə həyata keçirilən ilk LNG müəssisəsi olacaq. “Yamal” LNG Layihəsinin təxminən 2 ilə başa çatdırılması nəzərdə tutulur. “Yamal” LNG terminalının 2018-ci ildə istifadəyə verilməsi gözlənilir.
Dünyanın ən böyük sənaye müəssisələrdən biri olacaq, eyni zamanda, da ilk dəfə buzqıran tankerlərin istifadə ediləcəyi bu böyük layihə üzrə hər biri illik 5,5 milyon ton LNG istehsal etmək gücünə malik üç hissədən ibarət zavod inşa ediləcək. Layihə tamamlandıqdan sonra buranın ümumi gücü ildə 16,5 milyon tona çatacaq.