YANĞIN SÖNDÜRÜLMÜŞDÜR
“AzQUR” Səhmdar Cəmiyyəti Fəhlə təchizatı idarəsinin Metallurqlar küçəsində yerləşən anbar binaları ərazisində yanğın baş vermişdir.
Şəhər Yanğından Mühafizə İdarəsinin rəisi, daxili xidmət podpolkovniki Oruc Orucov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 900 min litr əlif yağı və həlledici maye saxlanılan anbarda 60 kvadratmetrlik sahəni alov bürümüşdü.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri üç saat ərzində yanğını məhdudlaşdırmış və söndürmüşdür.
Yanğının səbəbləri və dəymiş zərərin məbləği müəyyən edilir. Hadisə ilə bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]