Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

YANĞIN TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 106 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 619 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 416; 2004-cü il, № 6, maddə 437; 2005-ci il, № 4, maddə 303; 2007-ci il, № 6, maddə 601) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci-yeddinci abzaslar aşağıdakı redaksiyada verilsin:

“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin birinci hissəsinin 8-ci, 14-cü və 18-ci bəndlərində, 9-cu maddəsinin beşinci hissəsində (ikinci halda) və 29-cu maddəsinin üçüncü hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinin 2-ci, 7-ci, 9-cu, 10-cu və 12-ci bəndlərində, 17-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 22-ci maddəsinin ikinci və üçüncü hissələrində, 27-ci maddəsinin altıncı hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın və 19-cu maddəsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinin 1-ci, 3-cü, 4-cü, 6-cı, 11-ci, 13-cü, 15-ci və 16-cı bəndlərində, 6-cı maddəsinin ikinci hissəsinin 1-ci, 8-10-cu bəndlərində, 7-ci maddəsinin ikinci hissəsinin 2-ci, 6-cı və 7-ci bəndlərində, 9-cu maddəsinin birinci-dördüncü hissələrində və beşinci hissəsində (birinci halda), 10-cu maddəsinin birinci hissəsinin birinci cümləsində (ikinci halda) və ikinci hissəsində, 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 14-cü maddəsinin üçüncü və dördüncü hissələrində, 15-ci maddəsinin üçüncü hissəsində (ikinci halda), 16-cı maddəsinin üçüncü hissəsində, 18-ci maddəsinin birinci və dördüncü hissələrində, 19-cu maddəsində (ikinci halda), 20-ci maddəsinin ikinci hissəsində, 21-ci maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin beşinci hissəsində, 25-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, ikinci və üçüncü hissələrində, üçüncü hissəsinin 10-cu bəndində, dördüncü və beşinci hissələrində, 27-ci maddəsinin birinci-üçüncü hissələrində, beşinci hissəsinin birinci cümləsində (birinci və ikinci halda) və ikinci cümləsində, altıncı hissəsində (birinci halda), yeddinci hissəsində (birinci və ikinci halda), IV fəslinin adında, 28-ci maddəsinin adında, birinci-dördüncü hissələrində, 29-cu maddəsinin adında, birinci hissəsində, ikinci hissəsində (birinci və ikinci halda), üçüncü hissəsində (birinci halda) və dördüncü hissəsində, 30-cu maddəsinin adında, birinci-üçüncü hissələrində, 31-ci maddəsinin adında və birinci hissəsində, 32-ci maddəsinin adında və birinci hissəsində, 33-cü maddəsinin adında, birinci və ikinci hissələrində, 34-cü maddəsində, 35-ci maddəsinin adında və birinci hissəsində (birinci və ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın və 11-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;

həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinin 20-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın və 24-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir;

həmin Qanunun 5-ci maddəsinin adında və birinci hissəsində, 10-cu maddəsinin birinci hissəsinin birinci cümləsində (birinci halda), 15-ci maddəsinin üçüncü hissəsində (birinci halda) və 16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir;

həmin Qanunun 20-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Statistika Komitəsi ilə razılaşdırmaqla həyata keçirir;”;

1.2. səkkizinci, doqquzuncu abzaslar çıxarılsın və onuncu abzas səkkizinci abzas hesab edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 326; 2008-ci il, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009-cu il, № 9, maddə 687; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.2.8-ci bənddə “xidmətlərinin” sözü “bölmələrinin” sözü ilə əvəz edilsin;

2.2. 8.42-ci bənddə “könüllü və idarədənkənar yanğınsöndürmə dəstələrinin” sözləri “idarədənkənar və könüllü yanğından mühafizə bölmələrinin (dəstələrinin)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1058; 2008-ci il, № 11, maddə 980, № 12, maddə 1069) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 7.2-ci və 8.11-ci bəndlərdə “norma və qaydalarının” sözləri “sahəsində normaların, standartların və qaydaların” sözləri ilə əvəz edilsin;

3.2. 8.5-ci bənddə “xidmətlərinin” sözü “bölmələrinin (dəstələrinin)” sözləri ilə əvəz edilsin;

3.3. 9.3-cü bənddə “qaydalarının” sözü “sahəsində normaların, standartların və qaydaların” sözləri ilə əvəz edilsin;

3.4. 9.4-cü bənddə “xidməti” sözü “bölməsi (dəstəsi)” sözləri ilə, “orqanlarının” sözü “qurumlarının” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin