YANĞINDAN EHTİYATLI OLUN
Dekabrın 22-də Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən, ev 225-də baş vermiş yanğın zamanı Mahmudov Seymura məxsus 1mərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və 200 kvadrat metr sahədə dam örtüyü yanmışdır. Həmin gün gecə saat iki radələrində Nəsimi rayonu ərazisində də yanğın hadisəsi qeydə alınmışdır. 3-cü mikrorayon Hüseynbala Əliyev küçəsindəki 5 nömrəli evdə baş vermiş yanğın nəticəsində, həmin evin 1-ci mərtəbəsində yerləşən və Quliyev İlqara məxsus olan “Geyim-satış” mağazasının yanar konstruksiyaları və 25 kvadrat metr sahədə olan geyim əşyaları yanmışdır.
Həftənin ilk günündə Tər-tər rayonunun Qapanlı kəndində də yanğın hadisəsi baş vermişdir. Burada Qapanlı kənd sakini Qurbanov Azərin 2 mərtəbəli, 6 otaqlı evin qapı-pəncərələri və ev əşyaları 150 kvadrat metr sahədə yanmışdır.
Baş vermiş yanğın hadisələri yanğınsöndürənlər tərəfindən vaxtında söndürülmüşdür. Yanğınların baş vermə səbələri araşdırılır.