YANĞINDAN EHTİYATLI OLUN!
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin ictimaiyyətlə əlaqələr mərkəzindən AZƏRTAC-a demişlər ki, Nizami rayonunun Qara Qarayev küçəsindəki 124 nömrəli evin 136-cı mənzilində baş vermiş yanğın nəticəsində Baxşeyiş Həsənova məxsus beş otaqdan üçü içərisindəki əşyalarla birlikdə sıradan çıxmışdır.
Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki Sabir küçəsində isə İlham Hətəmovun 40 kvadratmetrlik bir otaqlı evi əşyalarla birlikdə yanmışdır. Qarşısı alınmış yanğınların başvermə səbəbi müəyyənləşdirilir.